Əbu Bəkr və Öməri lənətləyən şəxsin dərəcəsi 7 milyon dəfə artar hədisinin araşdırılması

Son günlərdə sosial şəbəkələrdə bu rəvayət yetəri qədər məşhurluq qazanaraq, həm xilaf əhli tərəfindən həm də Əhli-beyt (ə.s) tərəfdarlarından olan şəxslər tərəfindən istifadə edilir. Biz isə, bu rəvayət barədə araşdırma apararaq hədisin əsl mətninin heç də belə olmadığının şahidi olduq. İlk öncə həmin hədisin fotoşəklini təqdim edirik:
11039810_1408127596159595_6559210563654806386_n
Göründüyü kimi, tərcümədə Əbu Bəkr və Ömərin adı zikr olunmuşdur. İndi isə, rəvayətin əsl mətninə baxaq
şəfaus
Rəvayət uzun olduğundan təhrif edilmiş hissəni təqdim edirik
من لعن الجبت والطاغوت لعنة
“Kim əgər cibt və tağutlara lənət edərsə”

 

Əbül-Fəzl Mirzə Məhəmməd ət-Tehrani “Şifaus-Surur fi şərhi ziyaratil-Aşura” kitabı, 2-ci cild, 378-ci səhifə, Təhqiq: Seyid Əli əl-Muvahad əl-Əbtahi
Kitabı yükləmək üçün ünvan

 

Göründüyü kimi, burada “cibt və tağutlar” sözü təhrif olunaraq “Əbu Bəkr və Ömər” adı ilə əvəz edilmişdir. 

 

Həmçinin bu rəvayəti əhli-xilaf alimi Sələbi öz kitabında da qeyd etmişdir

 

Əli Məhəmməd Sələbi, “Əsmaul-Mətalib fi siyər Əmiral-Muminin Əli b. Abu Talib radiyallahu anhu” kitabı, Nəşr: “Məktəbətus-Sahabə”, 1425/2004

 

 

Rəvayətin sənədinə gəlincə isə, Əbu Həmzə Somalidən sənədsiz şəkildə mürsəl olaraq nəql olunmuşdur.

Araşdırmanın Nəticəsi

Xanım Fatimənin (s.ə) evinə hücum hadisəsi hər iki məzhəbin kitablarında səhih sənədlə mütəvatir şəkildə nəql olunmuşdur. Heç bir səhih rəvayətdə evin içində baş verən hadisələr ətraflı şəkildə qeyd olunmamışdır. Məsələn, Xanımın (s.ə) sırğasının düşməsi, qapısının yandırılması, qapının mismarlarının batması, qapı arxasında Bəqiyyatullahı (ə.t.f.ş) səsləməsi və sairə. Sadalananlardan bəzilərini Süleym b. Qeys (r.a) rəvayət etmişdir. Həmin hadisələri qeyd edən rəvayətlər də isə, bir çox fərqlilik vardır. Lakin, Xanımın (s.ə) zülmə məruz qalması, vurulması və bunun nəticəsində Möhsini (ə.s) itirməsi səhih sənədlərlə sabit olmuşdur. Qapının yanması hadisəsinə gəlincə isə, bu hadisənin baş verməsi bəzi səbəblərə görə qeyri-mümkündür. Çünki, insanlar qapının yanına gəlib evi yandırarkən həmin zaman hz.Əli (ə.s) fürsətdən istifadə edib, Xanımını (s.ə) qapının yanından uzağlaşdıraraq özü onların qarşısına çıxa bilərdi. Lakin, hədislərdə isə görürük ki, həmin qövm evi yandıraraq qapıya təpik vurur. Sonra Xanım (s.ə) qapı ilə divar arasında qalır və Qunfuzda bu zaman Xanıma (s.ə) zərbə yetirir. Sonra isə, hz.Əli (ə.s) gəlib onların üzərinə hücum eliyir. Bu hadisələri ardıcılıq təsəvvür etdikdə belə, məntiqə uyğun gəlmir. Məgər hz.Əli (ə.s) bu qədər müddət evin içində nə işlə məşğul idi?! Bir halda kı, bir dəstə insan onun evinin önündə toplaşıb qapısını yandırmaq istəyirlər. Biz araşdırmamızdan belə bir nəticəyə gəlirik ki, Ömər və dəstəsi evə bir anda hücum etmişdir. Hadisələr də sürətli şəkildə baş vermişdir. Həmin zaman hz.Əli də (ə.s) evdə idi. Xanıma (s.ə) xəsarət yetiriləndə isə, qeyri mümükündür ki, Həzrət (ə.s) sakit diyanıb heç bir şey etməsin. Bu səbəblə ki, Həzrətə (ə.s) sui-qəsd hazırlanan da belə həmin şəxlərin cavabını vermişdir. Burada da mütləq olaraq, onları bu əməllərinə görə cəzalandırmışdır. Süleymin (r.a) 958-ci səhifədə qeyd olunmuş rəvayəti də buna dəlildir. Daha sonra, Həzrət (s) insanların çoxluğu səbəbi ilə evdən çıxarılıb, məcburi beyət etmişdir. Habelə, məşhur nəzərə əsasən, Möhsinin (ə.s) siqt olma səbəbi Ömər tərəfindən olması etiqad edilmişdir. Lakin, səhih rəvayətlərdə isə, bu işin Qunfuz tərəfindən icra olunmuşdur. Buna baxmayaraq, Qunfuzun əmir sahibi olan Ömər və Əbu Bəkr də onun qədər bu işdə şərikdirlər. Çünki, Qunfuz onların əmri ilə, bu cinayəti törədmişdir. Evin içində baş verən digər müəmmalı hadisələrə gəlincə isə, bunların doğru və yaxud yalan olmasının bir o qədər əhəmiyyəti yoxdur. Hətta bunlar baş verməsə belə, Xanımın (s.ə) döyülməsi, övladının siqt olması, həyat yoldaşının (ə.s) məcburi evdən çıxarılması və müsibətlər müqabilində səbr edib məcburi beyət etməsi yetəri qədər kədərləndirici və ağrı vericidir. Allahın (c.c) izni ilə, Bəqiyyətullahın (ə.t.f.ş) hakimiyyətdə olduğu zaman, sual altında olan bu məsələlərin Onun (ə.t.f.ş) öz dili ilə, izah edilərək həllini tapmasını ümid edirik. Allah (c.c) xanım Fatiməyə (s.ə) xatir Bəqiyyətullahın (ə.t.f.ş) zührun təəcil etsin inşəAllah!

 

يَوْمَ لَا يَنْفَعُ الظَّالِمِينَ مَعْذِرَتُهُمْ ۖ وَلَهُمُ اللَّعْنَةُ وَلَهُمْ سُوءُ الدَّارِ

“O gün zalımların heç bir üzrü qəbul edilməyəcəkdir. Onları həm lənət həm də, pis məkan gözləyir” (Ğafir surəsi, 52-ci ayə)

 

Araşdırma www.beqiyyetullah.wordpress.com  tərəfindən aparılmışdır.
Araşdırmada dəstək olan 313news.net, velayet.wordpress.com, İmam Rza (ə.s) mədrəsəsinin tələbələri, və digər mömin qardaşlarımıza təşəkkürlərimizi bildiririk.

 

Vaəssalamu aleykum va rahmətullahi va bərakatuh
Email: Beqiyyetullah313@gmail.com

Məhəmməd b. Əbil-Hədidin əqidəsi

عبد الحميد بن هبة الله بن محمد بن محمد بن أبي الحديد عز الدين المدائني الحكيم الاصولي المعتزلي

Əbdür-Rəhman b. Hibbətullah b. Məhəmməd b. Məhəmməd b. Əbil-Hədid İzzəd-Din əl-Mədaini, əl-Həkim, əl-Usuli, əl-Mötəzili.
Mötəzilə əqidəsi əhli-xilafa mənsub bir əqidədir. Əqidənin banisi isə, Vasil b. Ətadır. O, mədinə şəhərində doğulmuş, Bəsrə şəhərində böyüyüb boya-başa çatmışdır.
Mötəzilə əqidəsi haqqında daha ətraflı məlumat:

Ərəbcə: http://ar.wikipedia.org/wiki/%D9%85%D8%B9%D8%AA%D8%B2%D9%84%D8%A9

Türkcə: http://tr.wikipedia.org/wiki/Mutezile
Məhəmməd b. Əbil-Hədid barədə mübahisəli olan məsələ isə, onun Xanım Fatimənin (s.ə) evinə edilən hücum barədə yazdığı rəvayətlərdir. Bu səbəblədə, müxaliflər Məhəmməd b. Əbil-Hədidi şiə əqidəsinə mənsub olması ilə ittiham edir. Lakin, Məhəmməd b. Əbil-Hədid özünün “Şərhu Nəhcul-Bəlağə” kitabında mötəzilə əqidəsinə mənsub olduğunu söyləmişdir. Oxumağa davam et

Müslim b. Quteybə əd-Deynəvərinin “Əl-İmamə vəs-Siyəsə” kitabı

Müslim b. Quteybə əd-Deynəvəri Bağdad şəhərində anadan olmuşdur. Əhli-xilafın sələfi məzhəbinin alimlərindəndir. Müəllifi olduğu “Əl-İmamə vəs-Siyasə” kitabı müxaliflər tərəfindən təkzib edilmişdir. Buna əsas səbəb isə, Xanım Fatiməyə (s.ə) edilən zülmləri qeyd etməsi və bəzi səhabələrin törətdikləri əməlləri qeyd etməsidir. Allahın (c.c) izni ilə, bu kitab barədə ortaya atılan şübhələrə cavab verib sonda isə əhli-xilaf alimlərinin rəylərini qeyd edəcəyik.

Oxumağa davam et

Süleym b. Qeysin (r.a) kitabı

Əhli-beyt (ə.s) məktəbinin ilk kitabı olan “Kitəbu Süleym b. Qeys” imam Əlinin (ə.s) səhabəsi olan Süleym b. Qeys (r.a) tərəfindən qələmə alınmışdır. Bu kitab, Əhli-beyt (ə.s) məktəbinin nəzdində məşhur və güvənilən tarix kitablardandır. Lakin, bəzi müxaliflər bu kitabı etibarsız və uydurma hesab etmişdir. Bunlardan biridə Əhməd əl-Xətibdir ki, o, bu video rolikdə (http://www.youtube.com/watch?v=Q8C0_gk6Ftg) Süleym b. Qeysin (r.a) kitabını uydurma və içərisində ki, rəvayətləri əsassız olduğunu söyləmişdir. Daha sonra isə, həmin kitabını imam Səccada (ə.s) göstərilmədiyini iddia etmişdir. Müxaliflərlə yanaşı hətta, şiə alimlərindən bəziləri də bu kitabı zəif hesab etmişdir. Həmin alimlərdən yalnız, birini qeyd edirik. Bu səbəblə ki, həm mövzunun çox uzanmaması həm də, irəlidə qeyd olunacaq dəlillərin bu sözlərin yalnış olmasına kifayət etməsidir. Oxumağa davam et

Evə hücum zamanı xanım Fatimənin (s.ə) qapıya çıxması

Əhli-xilafın bu hadisə barəsində ən mühüm şüphələrindən biri də, xanım Fatimənin (s.ə) həyat yoldaşı (ə.s) evdə olduğu halda, qapıya çıxmasıdır. Bəzi tarixi mənbələrə nəzər saldıqda, görürük ki, xanım Fatimə (s.ə) qapını açmağa gəlməmişdir. Tam əksinə, Xanım (s.ə) həmin zaman qapının yanında durmuşdu.

Oxumağa davam et