Xanım Fatimənin (s.ə) evinə hücum

Bura qədər qeyd edilən rəvayətlərdə xəlifələrin necə mənfi şəxsiyyətə malik olmasının şahidi olduq. Peyğəmbərin (s) hüzurunda mübahisə edərək səsini qaldıran, risalətinə şəkk edən, sui-qəsd hazırlayan və.s (siyahını daha da uzatmaq olar). Bu cür keyfiyyətə sahib olan şəxslərin, Əhli-beytə (ə.s) zülm etməsi heç də şübhəli deyil. Məlum olduğumu kimi, Xanımın (s.ə) evinə hücum hadisəsi tarixi məsələdir və tarix kitablarında da evin içində baş verən hadisələr fəqli şəkildə rəvayət olunmuşdur. Səhih hədislərin heç birində bu hadisələr ətraflı şəkildə nəql olunmamışdır. Bununla da, evin içində olan hadisələr barədə qəti şəkildə bir söz söyləmək doğru olmaz. Buna baxmayaraq, Xanıma (s.ə) əziyyət verənlərin kimliyi, şəhadətə çatma səbəbi, səhih sənədlərlə sabit olmuşdur. İndi isə, hər iki məzhəbin kitablarında hücumun necəliyi barədə rəvayətləri qeyd edirik.

Şiə mənbəli hədislər:
Şeyx Təbəri (r.a) yazır:

daəlail c1 üz1dəlailul c1 üz2dəlailul c1 üz3təbəri 28təbəri 29

حدثني أبو إسحاق إبراهيم بن أحمد الطبري القاضي، قال: أخبرنا القاضي أبو الحسين علي بن عمر بن الحسن بن علي بن مالك السياري، قال: أخبرنا محمد بن زكريا الغلابي، قال: حدثنا جعفر بن محمد بن عمارة الكندي، قال: حدثني أبي، عن جابر الجعفي، عن أبي جعفر محمد بن علي، عن أبيه علي بن الحسين (عليهم السلام)، عن محمد بن عمار بن ياسر، قال: سمعت أبي عمار بن ياسر يقول: سمعت رسول الله (صلى الله عليه وآله) يقول لعلي يوم زوجه فاطمة: يا علي، ارفع رأسك إلى السماء فانظر ما ترى. قال: أرى جوار مزينات، معهن هدايا. قال: فأولئك خدمك وخدم فاطمة في الجنة، انطلق إلى منزلك، ولا تحدث شيئا حتى آتيك. فما كان إلا أن مضى رسول الله إلى منزله، وأمرني أن أهدي لها طيبا. قال عمار: فلما كان من الغد جئت إلى منزل فاطمة ومعي الطيب، فقالت: يا أبا اليقظان، ما هذا الطيب؟ قلت: طيب أمرني به أبوك أن أهديه لك. فقالت: والله، لقد أتاني من السماء طيب مع جوار من الحور العين، وإن فيهن جارية حسناء كأنها القمر ليلة البدر، فقلت: من بعث بهذا الطيب؟ فقالت: دفعه إلي رضوان خازن الجنة، وأمر هؤلاء الجواري أن ينحدرن معي، ومع كل واحدة منهن ثمرة من ثمار الجنة في اليد اليمنى، وفي اليد اليسرى نخبة من رياحين الجنة. فنظرت إلى الجواري وإلى حسنهن، فقلت: لمن أنتن؟ فقلن: نحن لك، ولأهل بيتك، ولشيعتك من المؤمنين، فقلت: أفيكن من أزواج ابن عمي أحد؟ قلن: أنت زوجته في الدنيا والآخرة، ونحن خدمك وخدم ذريتك. وحملت بالحسن، فلما رزقته حملت بعد أربعين يوما بالحسين، ورزقت زينب وأم كلثوم، وحملت بمحسن، فلما قبض رسول الله (صلى الله عليه وآله)، وجرى ما جرى في يوم دخول القوم عليها دارها، وإخراج ابن عمها أمير المؤمنين (عليه السلام)، وما لحقها من الرجل أسقطت به ولدا تماما، وكان ذلك أصل مرضها ووفاتها (صلوات الله عليها). خبر مصحفها (صلوات الله عليها)

“Mənə Əbu İshaq İbrahim b. Əhməd ət-Təbəri əl-Qadi rəvayət etdi və dedi: “Bizə əl-Qadi Əbül-Hüseyn Əli b. Ömər b. Həsən b. Əli b. Malik əs-Səyyari xəbər verdi və dedi: “Bizə Məhəmməd b. Zəkəriyya əl-Ğalləbi xəbər verdi və dedi: “Bizə Cəfər b. Məhəmməd b. Əmmar əl-Kindi rəvayət etdi və dedi: “Mənə atam rəvayət etdi və dedi: “Cabir əl-Cufidən, o Əbi Cəfər Məhəmməd b. Əlidən (ə.s), o da atası Əli b. Hüseyndən (ə.s) o da Məhəmməd b. Əmmar b. Yasirdən (ə.s) rəvayət edərək dedi: “Atam Əmmar b. Yasirin (ə.s) belə dediyini eşitdim: “Peyğəmbər (s) İmam Əlini (ə.s) xanım Fatimə (s.ə) ilə evləndirdiyi gün Əliyə belə dediyini eşitdim: “Ey Əli, başını səmaya qaldır, bax nə görürsən?” Əli (ə.s) dedi: “Yanında hədiyyələr olan cariyələr görürəm”. Peyğəmbər (s) dedi: “Onlar Cənnətdə sənin və Fatimənin xidmətçiləridirlər. Get evinə. Sənin yanına gələnədək heç bir şey danışma”. Əmmar (ə.s) dedi: “Peyğəmbər (s) öz evinə dönüncə mənə göstəriş verdi ki, xanım Fatimə (s.ə) üçün hədiyyə olaraq bir ətir aparım”. Sonra, Əmmar (ə.s) dedi: “Səhəri gün aldığım ətirlə birlikdə xanım Fatimənin (s.ə) evinə gəldim. Xanım (s.ə) dedi: “Ey Əba Yəqzan, bu ətir nədir?” Əmmar (ə.s) dedi: “Bu bir ətirdir ki, atan mənə əmr etdi ki, onu sənə hədiyyə edəm”. Xanım (s.ə) buyurdu: “Allaha and olsun, səmadan hurilərdən olan bir neçə cariyə ilə birlikdə mənim üçün bir ətir gəlib. Onların içərisində bir gözəl cariyə var idi ki, sanki on dörd gecəlik ay idi”. Əmmar (ə.s) dedi: “Bu ətiri kim göndərib?”  Xanım (s.ə) dedi: “Onu mənə Cənnətin gözətçisi Rizvan verib. Bu cariyələrə də əmr edib ki, mənimlə birgə gəlsinlər. Onların hər birinin sağ əlində Cənnət meyvələrindən bir meyvə vardır. Sol əllərində isə, Cənnət reyhanlarından[1] bir dəstə var”. Mən cariyələrə və onların gözəlliklərinə baxıb dedim: “Siz kiminsiniz?” Cariyələr dedilər: “Biz sənin və ailənin mömin şiələriyik”. Xanım (s.ə) dedi: “Sizin içərinizdə əmim oğlunun zövcələrindən olan birisi var?” Cariyələr dedilər: “Sən dünya və axirətdə onun zövcəsisən. Biz sənin və sənin nəslinin xidmətçiləriyik”. Əmmar (ə.s) deyir: “Xanım Fatimə (s.ə) Həsənə (ə.s) hamilə oldu. Elə ki, onu dünyaya gətirdi, qırx gün sonra, Hüseynə (ə.s) hamilə oldu. Sonra, Zeynəbi (s.ə) və Ümmü-Gülsümü dünyaya gətirdi. Sonra isə, Möhsinə (s.ə) hamilə oldu. Allah Rəsulu (s) vəfat edən zaman o qövm Xanımın (s.ə) evinə daxil oldu, onun əmisi oğlu Əmirəl-Mömininini (ə.s) evindən çıxardılar və (bu zaman) Xanım (s.ə) zərbə aldı. Möhsinü (s.ə) tam bir uşaq halında ikən düşürdü. Onun xəstəliyinin və vəfatının səbəbi də məhz bu idi”. 

 

Əbu Cəfər ət-Təbəri Məhəmməd b. Cərir b. Rüstəm, “Dəlailul-İmamə” kitabı, 1-ci cild, 28,29-cu səhifələr, 33-cü hədis, Nəşr: “Muəssətul-Aləmi lil-Mətbuat”, Beyrut, Lübnan, 1408/1988, 2-ci çap (online pdf)
Kitabı yükləmək üçün ünvan
Online mənbə

 

Hədisin sənədində olan Məhəmməd b. Əmmar əl-Kindi, və atası Əmmar əl-Kindi məhmul[2] ravilərdir.

 

 

Əllamə Məclisi (r.a) yazır:

bihar 30 cbihar 30c üz2bihar 30c üz3bihar 365sbihar 369

Rəvayət uzun olduğundan əsas hissəni təqdim edirik

حدثنا أبو الحسين محمد بن هارون بن موسى التلعكبري، قال: حدثنا أبي رضي الله عنه، قال: حدثنا أبو علي محمد بن همام، قال: حدثنا جعفر ابن محمد بن مالك الفزاري الكوفي، قال: حدثني عبد الرحمن بن سنان الصيرفي، عن جعفر بن علي الحوار، عن الحسن بن مسكان، عن المفضل بن عمر الجعفي. عن جابر الجعفي، عن سعيد بن المسيب، قال: … ويستنفرهم فيعدونه النصرة ليلا ويقعدون عنه نهارا، فأتيت داره مستيشرا لاخراجه منها، فقالت الأمة فضة – وقد قلت لها قولي لعلي: يخرج إلى بيعة أبي بكر فقد اجتمع عليه المسلمون فقالت – إن أمير المؤمنين (ع) مشغول، فقلت: خلي عنك هذا وقولي له يخرج وإلا دخلنا عليه وأخرجناه كرها، فخرجت فاطمة فوقفت من وراء الباب، فقالت: أيها الضالون المكذبون! ماذا تقولون؟ وأي شئ تريدون؟. فقلت: يا فاطمة!. فقالت فاطمة: ما تشاء يا عمر؟!. فقلت: ما بال ابن عمك قد أوردك للجواب وجلس من وراء الحجاب؟. فقالت لي: طغيانك – يا شقي – أخرجني وألزمك الحجة، وكل ضال غوي. فقلت: دعي عنك الأباطيل وأساطير النساء وقولي لعلي يخرج. فقالت: لا حب ولا كرامة  أبحزب الشيطان تخوفني يا عمر؟! وكان حزب الشيطان ضعيفا. فقلت: إن لم يخرج جئت بالحطب الجزل وأضرمتها نارا على أهل هذا البيت وأحرق من فيه، أو يقاد علي إلى البيعة، وأخذت سوط قنفذ فضربت وقلت لخالد بن الوليد: أنت ورجالنا هلموا في جمع الحطب، فقلت: إني مضرمها. فقالت: يا عدو الله وعدو رسوله وعدو أمير المؤمنين، فضربت فاطمة يديها من الباب تمنعني من فتحه فرمته فتصعب علي فضربت كفيها بالسوط فألمها، فسمعت لها زفيرا وبكاء، فكدت أن ألين وأنقلب عن الباب فذكرت أحقاد علي وولوعه في دماء صناديد العرب، وكيد محمد وسحره، فركلت الباب وقد ألصقت أحشاءها بالباب تترسه، وسمعتها وقد صرخت صرخة حسبتها قد جعلت أعلى المدينة أسفلها، وقالت: يا أبتاه! يا رسول الله! هكذا كان يفعل بحبيبتك وابنتك، آه يا فضة! إليك فخذيني فقد والله قتل ما في أحشائي من حمل، وسمعتها تمخض وهي مستندة إلى الجدار، فدفعت الباب ودخلت فأقبلت إلي بوجه أغشى بصري، فصفقت صفقة  على خديها من ظاهر الخمار فانقطع قرطها وتناثرت إلى الأرض، وخرج علي، فلما أحسست به أسرعت إلى خارج الدار وقلت لخالد وقنفذ ومن معهما: نجوت من أمر عظيم

“Bizə Əbül-Hüseyn Məhəmməd b. Harun b. Musa ət-Tələkbəri rəvayət etdi və dedi: “Bizə atam (r.a) rəvayət etdi və dedi: “Bizə Əbu Əli Məhəmməd b. Həmmam rəvayət etdi və dedi: “Bizə Cəfər b. Məhəmməd b. Malik əl-Fəzzari əl-Kufi rəvayət etdi və dedi: “Mənə Əbdür-Rəhman b. Sinan əs-Seyrəfi rəvayət etdi və dedi: “Cəfər b. Əli əl-Hivardan, o əl-Həsən b. Miskandan, o da Müfəzzəl b. Ömər əl-Cufidən, o da Cabir əl-Cufidən, o da Səid b. Museyyibən rəvayət edərək dedi: “… Ömər b. Xəttab dedi: “(Əli) Onlardan[3] yardım istəyirdi. Onlar da, gecə vaxtı Əliyə (ə.s) kömək edirdilər. Lakin, səhər olunca ona yardım etməyə heç kim gəlmədi. Mən Əlinin (ə.s) evinə getdim ki, onunla məsləhətləşib onu evindən çıxarım. Xanım Fatimənin (s.ə) kənizi Fizzə (qapıya çıxdı). Mən ona xitabən dedim: “Əliyə de ki, Əbu Bəkrə beyət etməyə gəlsin, müsəlmanlar onun başına yığışıblar”. Fizzə dedi: “Əmirəl-Möminin (ə.s) məşğuldur”. Mən dedim: “Boşla bu sözləri. Ona de ki, evdən çıxsın, əks halda biz evə daxil olub onu zorla çıxararıq”. Bu zaman, xanım Fatimə (s.ə) (içərdən qapıya) tərəf çıxıb, qapının arxasında dayandı və dedi: “Ey azğın yalançılar! Nə deyirsiniz? Nə istəyirsiniz?” Mən dedim: “Ey Fatimə!” Xanım (s.ə) dedi: “Nə istəyirsən ey Ömər?” Mən dedim: “Batil sözləri və qadınların nağıllarını bir kənara qoy. Əliyə (ə.s) de ki, evdən çıxsın. Nə məhəbbət nə də ehtiram (yoxdur artıq)”. Xanım (s.ə) dedi: “Məgər hizbi şeytanla[4] məni qorxudursan ey Ömər? Şeytanın dəstəsi (hər zaman) zəifdir”. Mən dedim: “Əgər çıxmasa, çoxlu ağac gətirib od qalayacam və bu evi onun əhli ilə birlikdə yandıracam. Ya da Əli (ə.s) zorla beyətə gələcək”. Bu sözləri deyib Qunfuzun qamçısını götürdüm və qamçını vurdum. Sonra Xalid b. Vəlidə dedim: “Sən və adamlarınız odun toplamağa başlayın. Mən od qalayacam”. Xanım (s.ə) dedi: “Ey Allahın (c.c) düşməni, ey Allah Rəsulunun (s) düşməni, ey Əmirəl-Möminin (ə.s) düşməni”. Xanım Fatimə (s.ə) əllərini qapıya qoyaraq mənə qapını açmağa mane olmağa çalışdı. O, qapını sıxdı və mən qapını aça bilmədim. Bu səbəblə də, qamçı ilə onun əllərinə vurdum və onun əlləri ağrıdı. Bu zaman, Fatimənin (s.ə) ucadan nalə və ağlamaq səsini eşitdim. Az qalsın ki, ürəyim yumşalıb qapıdan geri qayıdım. Əliyə (ə.s) olan kinim, onun ərəblərin pəhlavanlarının qanını necə tökməsini və Məhəmmədin (s) hiylə və sehrini xatırladım. Qapıya təpik vurdum. Qapı Fatiməni (s.ə) sıxdı və qapının iti uclu dəstəyi ona batdı. Fatimədən (s.ə) elə bir nalə eşitdim ki, elə bildim Mədinə alt-üst oldu. Xanım (s.ə) dedi: “Ey atacan! Ey Allahın Rəsulu! Sənin sevilgili qızın ilə gör necə davrandılar? Ah ey Fizzə! Kömək et, götür məni. Vallahi, bətnimdə bari-həmlim öldü”. Onun divara söykənər halda, titrədiyini eşitdim. Qapını itələyib içəri girdim. Fatimə (s.ə) elə bir üzlə qarşımda durdu ki, (nuru) gözlərimi tutdu. Mən hicabın üstündən ona bir sillə vurdum. Bu sillə nəticəsində onun sırğası parçalanıb yerə töküldü. Bu zaman Əli (ə.s) (otaqdan) çıxdı. Elə ki, onun (çıxdığını) gördüm, tez evdən çölə çıxdım. Sonra, Xalidə, Qunfuza və onlarla birlikdə olanlara dedim: “Bizlər çox böyük bir işdən qurtulduq”.

 

Əllamə Məhəmməd Baqir Məclisi Əhməd b. Abdullah əl-Məruf, “Biharul-Ənvar əl-Camiətu lidurar əxbarul-Əimmətul-Əthar aleyhumus-Səlam” kitabı, 30-cu cild, 369-cu səhifə, 151-ci hədis, Nəşr: “Muəssətul-Aləmi lil-Mətbuat”, Beyrut, Lübnan, 1429/2008, 1-ci çap (kitabı yükləmək üçün ünvan) 

Online mənbə
 
Əllamə Məclisi (r.a) rəvayəti nəql etməzdən öncə, “Dəlailul-İmamə” kitabının 2-ci cildindən bu rəvayəti götürdüyünü qeyd edir. “Dəlailul-İmamə” kitabının 2-ci cildi isə, bizlərə gəlib çatmamışdır. Rəvayətin sənədinə gəlincə isə, Cəfər b. Məhəmməd b. Malik cərh olunmuş ravilərdəndir. Əbdür-Rəhman b. Sinan əs-Seyrəfi və Cəfər b. Əli əl-Hivar isə, məhmul ravilərdir.

 

 

Şeyx Mufid (r.a) yazır:

ixtisas c1 üz1ixtisas 185ixtisas 185 (2)ixtisas 186

Rəvayət uzun olduğundan əsas hissəni təqdim edirik

أبو محمد، عن عمرو بن أبي المقدام، عن أبيه، عن جده قال: ما أتاني على علي عليه السلام يوم قط أعظم من يومين أتياه، فأما أول يوم فاليوم الذي قبض فيه رسول الله صلى الله عليه وآله، وأما اليوم الثاني فوالله إني لجالس في سقيفة بني ساعدة عن يمين أبي بكر والناس يبايعونه إذ قال له عمر: يا هذا لم تصنع شيئا ” ما لم يبايعك علي فابعث إليه حتى يأتيك فيبايعك، قال: فبعث قنفذا “، فقال له: أجب خليفة رسول الله صلى الله عليه وآله، قال علي عليه السلام: لأسرع ما كذبتم على رسول الله صلى الله عليه وآله ما خلف رسول الله صلى الله عليه وآله أحدا ” غيري، فرجع قنفذ وأخبر أبا بكر بمقالة علي عليه السلام فقال أبو بكر: انطلق إليه فقل له: يدعوك أبو بكر ويقول: تعال حتى تبايع فإنما أنت رجل من المسلمين، فقال علي عليه السلام: أمرني رسول الله صلى الله عليه وآله أن لا أخرج بعده من بيتي حتى أؤلف الكتاب فإنه في جرائد النخل وأكتاف الإبل فأتاه قنفذ وأخبره بمقالة علي عليه السلام، فقال عمر: قم إلى الرجل، فقام أبو بكر وعمر وعثمان وخالد ابن الوليد والمغيرة بن شعبة وأبو عبيدة بن الجراح وسالم مولى أبي حذيفة وقمت معهم و ظنت فاطمة عليها السلام أنه لا تدخل بيتها إلا بإذنها، فأجافت الباب وأغلقته، فلما انتهوا إلى الباب ضرب عمر الباب برجله فكسره – وكان من سعف – فدخلوا على علي عليه السلام و أخرجوه ملببا “. فخرجت فاطمة عليها السلام فقالت: يا أبا بكر وعمر تريدان أن ترملاني من زوجي والله لئن لم تكفا عنه لأنشرن شعري ولأشقن جيبي ولآتين قبر أبي ولأصيحن إلى ربي

“Əbu Məhəmməddən, o Əmr b. Miqdamdan, o atasından, o da atasından rəvayət edərək dedi: “İmam Əli (ə.s) 2 dəhşətli gün kimi yanıma gəlmişdi. Birinci gün, Peyğəmbər (s) vəfat edən zaman idi. Lakin 2-ci gün isə, Allaha (c.c) and olsun ki, mən Bəni Səqifədə Əbu Bəkrin sağ tərəfində əyləşmişdim. Camaat da gəlib Əbu Bəkrə beyət edirdi. Ömər dedi: “Ey (Əbu Bəkr), nə qədər ki, Əli (ə.s) səninlə beyət etmiyib, bu (edilən beyətlər) heç bir şeyi düzəltməyəcəkdir”. Sonra Ömər dedi: “Qunufu ora göndər”. Əbu Bəkr Qunfuza dedi: “(Get Əliyə de ki,) Peyğəmbər (s) xəlifəsi səni çağırır”. (Qunfuz xəbəri Əliyə (ə.s) çatdırdı) İmam Əli(ə.s) dedi: “Nə tez Peyğəmbərin (s) adından yalan danışdız. Allah Rəsulunun (s) məndən başqa xəlifəsi yoxdur”. Qunfuz qayıdıb imam Əlinin (ə.s) dediklərini Əbu Bəkrə xəbər verdi. Əbu Bəkr dedi: “Qayıt və ona de ki, Əbu Bəkr səni beyət etmək üçün çağırır, sən də müsəlmanlardansan gəl beyət et”. (Qunfuz Əlinin (ə.s) yanına getdi) Əli (ə.s) buyurdu: “Allah Rəsulu (s) mənə əmr edib ki, Quranı cəm etmədən çölə çıxmayım, o xurmanın qabığından və dəvənin dərisindəndir”. Qunfuz qayıdıb Əlinin (ə.s) dediklərini onlara xəbər verir. Ömər (Qunfuza) dedi: “Dur ora gedək!” Əbu Bəkr, Ömər, Osman, Xalid b. Vəlid, Muğirə b. Şöbə, Əbu Ubeydə b. əl-Cərrah və Əbu Huzeyfənin qulu Salim ayağa qalxdı və ora getdilər. Xanım Fatimə (s.ə) güman edirdi ki, onlar onun icazəsi olmadan evinə daxil olmazlar. Xanım (s.ə) qapını bağladı. Onlar qapıya yaxınlaşdığı zaman, Ömər ayağı ilə qapıya zərbə vurub sındırdı. Qapı xurmanın liflərindən ibarət idi. Onlar içəri daxil olub, Əlini (ə.s) itələyərək evdən çıxartdılar. Xanım Fatimə (s.ə) çölə çıxıb dedi: “Ey Əbu Bəkr və Ömər istəyirsiz ki, məni həyat yoldaşımdan ayırasız?! Əgər, ona bir şey eləsəz, saçımı açaram , ətəyimi cıraram, Atamın qəbrinə gedib Rəbbimə fəryad edərəm”.

 

Əbu Əbdullah əl-Mufid Məhəmməd b. Məhəmməd b. Numan b. Əbdüs-Səlam b. Cabir əl-Bağdadi, “Əl-İxtisas” kitabı, 1-ci cild, 185,186-cı səhifələr, Səqifə hədisi, Təhqiq: Əli Əkbər əl-Ğəffari və Seyid Mahmud əz-Zərnədi, Nəşr: “Darul-Mufid”, Beyrut, Lübnan, 1414/1993, 2-ci çap (kitabı yükləmək üçün ünvan)
Online mənbə
 
 
Hədisin sənədində olan, Əmr b. Miqdam, atası və babası, məçhul şəxslərdir.

 

Şeyx Təbərsi (r.a) yazır:

ihticac c1 üz1ihticac c1 üz2ihticac 105

وعن عبد الله بن عبد الرحمن قال: ثم إن عمر احتزم بأزاره وجعل يطوف بالمدينة وينادي: ألا إن أبا بكر قد بويع له فهلموا إلى البيعة، فينثال الناس يبايعون، فعرف أن جماعة في بيوت مستترون، فكان يقصدهم في جمع كثير ويكبسهم ويحضرهم المسجد فيبايعون حتى إذا مضت أيام أقبل في جمع كثير إلى منزل علي عليه السلام فطالبه بالخروج فأبى، فدعا عمر بحطب ونار وقال: والذي نفس عمر بيده ليخرجن أو لأحرقنه على ما فيه. فقيل له: إن فاطمة بنت رسول الله وولد رسول الله وآثار رسول الله صلى الله عليه وآله فيه، وأنكر الناس ذلك من قوله، فلما عرف إنكارهم قال: ما بالكم أتروني فعلت ذلك إنما أردت التهويل، فراسلهم على أن ليس إلى خروجي حيلة لأني في جمع كتاب الله الذي قد نبذتموه وألهتكم الدنيا عنه، وقد حلفت أن لا أخرج من بيتي ولا أدع ردائي على عاتقي حتى أجمع القرآن. قال وخرجت فاطمة بنت رسول الله صلى الله عليه وآله إليهم فوقفت خلف الباب ثم قالت: لا عهد لي بقوم أسوء محضرا منكم، تركتم رسول الله صلى الله عليه وآله جنازة بين أيدينا وقطعتم أمركم فيما بينكم ولم تؤمرونا ولم تروا لنا حقا، كأنكم لم تعلموا ما قال يوم غدير خم، والله لقد عقد له يومئذ الولاء ليقطع منكم بذلك منها الرجاء، ولكنكم قطعتم الأسباب بينكم وبين نبيكم، والله حسيب بيننا وبينكم في الدنيا والآخرة

“Abdullah b. Əbdür-Rəhman dedi: “Sonra, Ömər əbasını çiyninə salıb, Mədinəni dolaşmağa və belə deməyə başladı: “Agah olun! Əbu Bəkrə beyət olunub. Buna görə də, gəlin sizlər də beyət edin”. Beləliklə, camaat gəlib beyət etməyə başladı. Ömər xəbər tutdu ki, bir dəstə şəxs evlərində oturub beyətə etməyə gəlmirlər. O böyük bir dəstə ilə, o şəxslərin evlərinə gedir. Onların əl-qollarını bağlayıb, məscidə gətirir və onlar da beyət edirdilər. Bir neçə gün keçmişdi ki, Ömər böyük bir dəstə ilə Əlinin (ə.s) evinə üz tutdu. Ondan çölə çıxmasını tələb etdi, o isə imtina etdi. Ömər ağac və od gətirilməsini əmr etdi və dedi: “And olsun O şəxsə ki, Ömərin canı onun əlindədir, onlar ya evdən çıxacaqlar, ya da evi içindəkilərlə birgə yandıracağam!” Bir nəfər Ömərə dedi: “Allah Rəsulunun qızı Fatimə (s.ə), Allah Rəsulunun övladları (ə.s) və Allah Rəsulunun (s) əşyaları da evin içindədir”. Camaat Ömərin bu sözünü[5] pis qarşıladı. Elə ki, Ömər cammatın bu işi pis qarşıladığını görüdükdə dedi: “Nə olub sizə?! Mən bunu məhz onları qorxutmaq üçün istədim”. Əli (ə.s) onlara xəbər göndərib bildirdi ki, “mən heç bir şəkildə evdən çıxa bilmərəm. Mən sizin bir kənara atdığınız və dünyanın sizi ondan yayındırdığı Allahın (c.c) kitabını toplamaqla məşğulam. Mən and içmişəm ki, Quranı toplamayınca evdən çölə çıxmayım və əbamı çiynimə salmayım”. Ravi deyir: “Allah Rəsulunun (s) qızı Fatimə (s.ə) (içəridən qapıya tərəf) gəlib qapının arxasında dayandı və dedi: “Sizin kimi pis xələf insanlara rast gəlməmişəm[6]. Allah Rəsulunun (s) cənazəsini ortalıqda qoydunuz, öz aranızdakı əlaqələri qırdınız[7]. Bizi əmir[8] bilmədiniz və bizim üçün heç bir haqq tanımadınız. Sanki, Allah Rəsulunun (s) Qədir-Xumda nə dediyini bilmirsiniz. Allaha (c.c) and olsun ki, Peyğəmbər (s) o gün Əli (ə.s) üçün vilayəti sabit etdi ki, beləcə sizin ona olan[9] ümidinizi kəssin. Lakin, siz sizinlə Peyğəmbəriniz (s) arasındakı əlaqələri qırdınız. Allah (c.c) dünya və axirətdə bizimlə sizin aranızda hesab çəkəndir”.

 

Əbu Mənsur ət-Təbərsi Əhməd b. Əli b. Əbi Talib, “Əl-İhticac” kitabı, 1-ci cild, 105-ci səhifə, Təhqiq: Seyid Məhəmməd Baqir Xorasani, Nəşr: “Darun-Numan”, İraq, Nəcəf, 1386/1966 (online pdf)
Online mənbə

 

Göründüyü kimi, rəvayətin heç bir ravi zinciri yoxdur. Mürsəl olaraq yalnız, bir ravidən nəql olunmuşdur.

 

 

Məşhur tarixçi Şeyx Məsudi yazır:

məsudi c1 üz1məsudi c1 üz2məsudi c1 üz3məsudi 154məsudi 155

Rəvayət uzun olduğundan əsas hissəni təqdim edirik

فوجهوا إلى منزله فهجموا عليه وأحرقوا بابه ، وإستخرجوه منه كرهاً ، وضغطوا سيدة النساء بالباب ، حتى أسقطت محسناً

“Onlar[10] onun[11] evinə hücum etdilər və evinin qapısını yandırdılar. Onu (ə.s) zorla evdən çıxartdılar. Qadınların seyidəsi (s.ə) qapi arasında qaldı və Möhsini adlı uşağı siqt oldu”.

 

Əbül-Həsən əl-Məsudi Əli b. Hüseyn b. Əli əl-Huzəli, “İsbatul-Vəsiyyə əl-İmam Əli b. Əbi Talib aleyhimus-Səlam” kitabı, 1-ci cild, 154,155-ci səhifələr, Nəşr: “Darul-Ədva”, Beyrut, Lübnan, 1409/1988, 2-ci çap (online pdf)
Kitabı yükləmək üçün ünvan 

 

 

Süleym b. Qeys (r.a) yazır:

süleym c1 üz1süleym c1 üz2süleym c1 üz3süleym 148süleym 149süleym 150süleym 151
فلما رآى علي عليه السلام خذلان الناس إياه وتركهم نصرته واجتماع كلمتهم مع أبي بكر وطاعتهم له وتعظيمهم إياه لزم بيته. فقال عمر لأبي بكر: ما يمنعك أن تبعث إليه فيبايع، فإنه لم يبق أحد إلا وقد بايع غيره وغير هؤلاء الأربعة. وكان أبو بكر أرق الرجلين وأرفقهما وأدهاهما وأبعدهما غورا، والآخر أفظهما وأغلظهما وأجفاهما. فقال أبو بكر: من نرسل إليه؟ فقال عمر: نرسل إليه قنفذا، وهو رجل فظ غليظ جاف من الطلقاء أحد بني عدي بن كعب. فأرسله إليه وأرسل معه أعوانا وانطلق فاستأذن على علي عليه السلام، فأبى أن يأذن لهم. فرجع أصحاب قنفذ إلى أبي بكر وعمر – وهما جالسان في المسجد والناس حولهما – فقالوا: لم يؤذن لنا. فقال عمر: اذهبوا، فإن أذن لكم وإلا فادخلوا عليه بغير إذن فانطلقوا فاستأذنوا، فقالت فاطمة عليها السلام: (أحرج عليكم أن تدخلوا على بيتي بغير إذن). فرجعوا وثبت قنفذ الملعون. فقالوا: إن فاطمة قالت كذا وكذا فتحرجنا أن ندخل بيتها بغير إذن. فغضب عمر وقال: ما لنا وللنساء ثم أمر أناسا حوله أن يحملوا الحطب فحملوا الحطب وحمل معهم عمر، فجعلوه حول منزل علي وفاطمة وابناهما عليهم السلام. ثم نادى عمر حتى أسمع عليا وفاطمة عليهما السلام: (والله لتخرجن يا علي ولتبايعن خليفة رسول الله وإلا أضرمت عليك بيتك النار) فقالت فاطمة عليها السلام: يا عمر، ما لنا ولك؟ فقال: افتحي الباب وإلا أحرقنا عليكم بيتكم. فقالت: (يا عمر، أما تتقي الله تدخل على بيتي)؟ فأبى أن ينصرف. ودعا عمر بالنار فأضرمها في الباب ثم دفعه فدخل فاستقبلته فاطمة عليها السلام وصاحت: (يا أبتاه يا رسول الله) فرفع عمر السيف وهو في غمده فوجأ به جنبها فصرخت: (يا أبتاه) فرفع السوط فضرب به ذراعها فنادت: (يا رسول الله، لبئس ما خلفك أبو بكر وعمر). دفاع علي عليه السلام عن سليلة النبوة فوثب علي عليه السلام فأخذ بتلابيبه ثم نتره فصرعه ووجأ أنفه ورقبته وهم بقتله، فذكر قول رسول الله صلى الله عليه وآله وما أوصاه به، فقال: (والذي كرم محمدا بالنبوة – يا بن صهاك – لولا كتاب من الله سبق وعهد عهده إلي رسول الله صلى الله عليه وآله لعلمت إنك لا تدخل بيتي). فأرسل عمر يستغيث، فأقبل الناس حتى دخلوا الدار وثار علي عليه السلام إلى سيفه. فرجع قنفذ إلى أبي بكر وهو يتخوف أن يخرج علي عليه السلام إليه بسيفه، لما قد عرف من بأسه وشدته. فقال أبو بكر لقنفذ: (إرجع، فإن خرج وإلا فاقتحم عليه بيته، فإن امتنع فاضرم عليهم بيتهم النار). فانطلق قنفذ الملعون فاقتحم هو وأصحابه بغير إذن، وثار علي عليه السلام إلى سيفه فسبقوه إليه وكاثروه وهم كثيرون، فتناول بعضهم سيوفهم فكاثروه وضبطوه فألقوا في عنقه حبلا وحالت بينهم وبينه فاطمة عليها السلام عند باب البيت، فضربها قنفذ الملعون بالسوط فماتت حين ماتت وإن في عضدها كمثل الدملج من ضربته، لعنه الله ولعن من بعث به

“İmam Əli (ə.s) insanların ona xəyanət etməsini və ona kömək etməməsini, hamısının Əbu Bəkrin yanında cəm olmasını, Əbu Bəkrə tabe olmalarını və onu daha üstün hesab etmələrini gördükdə, evinə çəkildi. Ömər Əbu Bəkrə dedi: “Sənə nə mane olur ki, Əlidən (ə.s) beyət almırsan? Ondan və bu 4 nəfərdən başqa hamı beyət edib”. Əbu-bəkr o ikisinin arasında[12] ən arığı, ən yumşağı, ən ağıllısı, qeyrətdən ən aşağı idi. Digəri isə, aralarında ən qəlizi, ən kobudu və ən ədəbsizi idi. Əbu Bəkr dedi: “Kimi göndərək?” Ömər dedi: “Qunfuzu göndərək”. O, bəni Udey b. Kəb qəbiləsindəndir və azad olunmuş qullardandır. Çox sərt və qəliz biridir. Onu köməkçilər ilə birlikdə göndərdilər. O, imam Əlidən (ə.s) evə daxil olmaq üçün icazə istədi. İmam Əli (ə.s) onlara icazə vermədi. Qunfuzun dəstəsi Əbu Bəkrə ilə Ömərin yanına getdi. Əbu Bəkr və Ömər məsciddə oturmuşdular, insanlar da onların ətrafında əyləşmişdi. Qunfuzun dəstəsi Əbu Bəkrlə Ömərə xitabən dedi: “Bizə izn vermədilər”. Ömər dedi: “Evə gedin. Əgər, sizə icazə versə verdi. Əgər icazə verməsə, evə iznsiz daxil olun”. Onlar getdilər və xanım Fatiməni (s.ə) görükdə, evə girmək üçün icazə istədilər. Xanım (s.ə) dedi: “Mənim evimə iznsiz daxil olmağa xəcalət çəkmirsiz?!” Qunfuz məlun[13] orada qaldı. Digərləri isə, qayıdıb dedilər: “Fatimə (s.ə) bizə belə dedi və bizim evə iznsiz daxil olmağımıza mane oldu”. Ömər qəzəblənərək dedi: “Bizim qadınlar ilə nə işimiz var?!” Sonra, yanında kı insalara əmr etdi ki, od gətirsinlər. Onlar gedib gətirdilər. Ömər dəstəsi ilə birlikdə odunu Əlinin (ə.s), Fatimənin (s.ə) və iki oğlunun (ə.s) evinin ətrafına yığdılar. Sonra, Ömər Əli (ə.s) ilə Fatimənin (s.ə) eşitmələri üçün ucadan səslənərək dedi: “And olsun Allaha (c.c) ey Əli! Evdən çıxıb Allahın (c.c) xəlifəsinə beyət edəcəksən. Əgər beyət etməsən, evinə od vuracam! Xanım Fatimə (s.ə) dedi: “ Ey Ömər sənin bizimlə nə işin var?” Ömər dedi: “Qapını aç! Əks halda evini yandıracam!” Xanım (s.ə) buyurdu: “Ey Ömər Allahdan (c.c) qorxmursan ki, evimizə daxil olmaq istəyirsən?” Ömər getməkdən boyun qaçırdı. Ömər, alov istədi və evi yandırdı. Sonra, qapıya yüklənərək açıb içəri girdi. Xanım Fatimə (s.ə) Ömərin tərəfinə gələrək “Ey atacan! Ey Rəsulallah!” deyə fəryad etdi. Ömər qılıncını qınında olduğu halda qaldıraraq xanım Fatimənin (s.ə) yanına (qabırğasına) vurdu. Xanım Fatimə (s.ə) fəryad edərək “Ey atacan!” deyə qışqırdı. Bu zaman, Ömər qamçısını çıxararaq Xanım Fatimənin (s.ə) qoluna vurdu. Xanım (s.ə) fəryad edərək dedi: “Ey Rəsulallah! Ömər və Əbu Bəkr sənin geridə buraxdığına nə qədər də pis davranırlar”. Bu zaman Əli b. Əbu Talib (ə.s) yerindən sıçrayıb, Ömərin yaxasından yapışdı və onu silkələyib yerə çırpdı. Burnuna və boynuna yumruq vurdu hətta, onu öldürmək belə istədi. Bu zaman, Allah Rəsulunun (s) sözünü və o həzrətin (s) səbr və dinc əyləşmək barədə etdiyi vəsiyyətini xatırlayıb (əl saxladı) və dedi: “Ey Səhhakın oğlu, and olsun Məhəmmədi (s) peyğəmbərliklə kəramətləndirənə ki, əgər Allah (c.c) tərəfdən öncədən təyin edilmiş bir yazı olmasaydı, bilərdin ki, mənim evimə girə bilməzsən![14] Ömər xəbər göndərib kömək istədi. Camaat gəlib evə doluşdular. Əli (ə.s) qılıncına sarıldı. Bu vaxt Qunfuz Əlinin gücünə və şücaətinə bələd olduğundan onun qılıncı ilə, ona hücüm edəcəyindən qorxub Əbu Bəkrin yanına qayıtdı. Əbu Bəkr Qunfuza dedi: “Qayıt! Gərək o evdən çıxsın. Əks halda, (camaatla birgə) onun üstünə hücum edib, evinə basqın edin. Əgər, imtina etsə evinə od vur. Qunfuz məlun öz adamları ilə birgə qayıdıb, heç bir izin olmadan evə basqın etdi. Bu vaxt Əli (ə.s) qılıncını götürmək istəsə də, onlar onu qabaqladılar. Sayları çox olduğundan onu təklədilər. Bəziləri qılınclarını sıyırıb, onu (hər tərəfdən) əhatəyə atıldılar və onu tutub boynuna ip keçirdilər. Onlar Əli (ə.s) ilə Fatiməni (s.ə) bir-birindən ayırdılar. Xanım (s.ə) qapı ağzında qaldı. Qunfuz məlun bunu gördükdə, Xanımı (s.ə) qamçı ilə vurdu. Xanım (s.ə) öləndə o qamçının yeri bilərzik kimi onun qolunda qalmışdı. Allah (c.c) Qunfuza da onu göndərənə də lənət etsin!”

 

Əbu Sadiq Süleym b. Qeys əl-Hilali əl-Əmiri, “Kitəbu Süleym ibn Qeys əl-Hilali” kitabı, 1-ci cild, 148-151-ci səhifələr, Təhqiq: Məhəmməd Baqir əl-Ənsari, əz-Zəncani, əl-Xuini, Nəşr: “Əl-Hadi”, İran, Qum, hicri 1420-ci il, 1-ci çap (online pdf)
Kitabı yükləmək üçün ünvan
Online mənbə

 

Süleym b. Qeys (r.a) digər səhifədə yazır:

süleym 386süleym 387
هجومهم على بيت فاطمة عليها السلام وإحراقه
فانطلق قنفذ فأخبر أبا بكر. فوثب عمر غضبان، فنادى خالد بن الوليد وقنفذا فأمرهما أن يحملا حطبا ونارا. ثم أقبل حتى انتهى إلى باب علي عليه السلام، وفاطمة عليها السلام قاعدة خلف الباب، قد عصبت رأسها ونحل جسمها في وفاة رسول الله صلى الله عليه وآله. فأقبل عمر حتى ضرب الباب، ثم نادى: (يا بن أبي طالب، افتح الباب). فقالت فاطمة عليها السلام: (يا عمر، ما لنا ولك؟ لا تدعنا وما نحن فيه). قال: (افتحي الباب وإلا أحرقناه عليكم) فقال: (يا عمر، أما تتقي الله عز وجل، تدخل على بيتي وتهجم على داري)؟ فأبى أن ينصرف. ثم دعا عمر بالنار فأضرمها في الباب فأحرق الباب، ثم دفعه عمر.

“Fatimə (s.ə)-nın evinə hücum etmələri evini yandırmaları”.
“Qunfuz qayıdıb məsələni Əbu Bəkrə xəbər verdi. Bu zaman Ömər qəzəblənib yerindən sıçradı. Xalid b. Vəlidi və Qunfuzu çağırdı və onlara odun və od götürmələrini əmr etdi. Sonra, gəlib Əlinin (ə.s) qapısına çatdı. Bu zaman, xanım Fatimə (s.ə) qapının arxasında durmuşdu. Həmin vaxt, o atasının (s) vəfatına görə başına sarğı bağlamışdı və bədəni zəifləmişdi. Ömər gəlib qapını döydü və dedi: “Ey Əbi Talibin oğlu, aç qapını!” Xanım Fatimə (s.ə) dedi: “Ey Ömər, bizdən nə istəyirsən? Nə üçün bizdən əl çəkmirsən?” Ömər dedi: “Qapını aç! Yoxsa sizinlə birgə evi yandıracam”. Xanım (s.ə) dedi: “Ey Ömər, görəsən izzət və cəlal sahibi Allahdan qorxmursan ki, evimə daxil olub (üstümə) hücum çəkirsən?” Ömər getmək istəmədi. Od gətirilməsini əmr etdi. Bundan sonra, odu qapıya vurub qapını yandırdı və itələdi”.

ضرب الصديقة الطاهرة عليها السلام

 فاستقبلته فاطمة عليها السلام وصاحت: (يا أبتاه يا رسول الله) فرفع السيف وهو في غمده فوجأ به جنبها فصرخت. فرفع السوط فضرب به ذراعها فصاحت: يا أبتاه

“Siddiqətut-Tahirənin (s.ə) vurulması”.
“Bu zaman, xanım Fatimə (s.ə) onun qarşısına çıxdı və qışqıraraq dedi: “Ey atacan, ey Rəsulallah!” Bu səfər isə, Ömər qınında olan qılıncını qaldırıb, Fatimənin (s.ə) yanına (qabırğasına) vurdu. Bu məqamda Xanım (s.ə) nalə çəkdi. Ömər qamçısını qaldırıb, Xanımın (s.ə) qoluna vurdu. Xanım (s.ə) “Ey atacan” deyə qışqırdı”.

أمير المؤمنين عليه السلام يهم بقتل عمر

فوثب علي بن أبي طالب عليه السلام فأخذ بتلابيب عمر ثم هزه فصرعه ووجأ أنفه ورقبته وهم بقتله، فذكر قول رسول الله صلى الله عليه وآله وما أوصى به من الصبر والطاعة، فقال: (والذي كرم محمدا بالنبوة يا بن صهاك، لولا كتاب من الله سبق لعلمت أنك لا تدخل بيتي)

“Əmirəl-Mömininin (s.ə) Öməri öldürmək istəməsi”.
“Bu zaman, Əli b. Əbu Talib (ə.s) yerindən sıçrayıb, Ömərin yaxasından yapışdı və onu silkələyib yerə çırpdı. Burnuna və boynuna yumruq vurdu hətta, onu öldürmək belə istədi. Bu zaman Allah Rəsulunun (s) sözünü və o həzrətin səbr və ona itaət etməsi barədə etdiyi vəsiyyətini xatırlayıb (əl saxladı) və dedi: “Ey Səhhakın oğlu, and olsun Məhəmmədi (s) peyğəmbərliklə kəramətləndirənə ki, əgər Allah tərəfdən öncədən təyin edilmiş bir yazı olmasaydı, bilərdin ki, mənim evimə girə bilməzsən!”[15]

يريدون قتل الزهراء عليها السلام بالسيف

 فأرسل عمر يستغيث. فأقبل الناس حتى دخلوا الدار. وسل خالد بن الوليد السيف ليضرب فاطمة عليها السلام فحمل عليه بسيفه، فأقسم على علي عليه السلام فكف

“Xanım Zəhranı (s.ə) qılıncla öldürmək istəyirlər”.
“Ömər kömək üçün adam göndərdi. Camaat gəlib evə daxil oldular. Xalid b. Vəlid Fatiməni (s.ə) vurmaq üçün qılıncını çəkdi. Lakin, Əli (ə.s) qılıncı ilə ona həmlə etdi. Bu zaman, Xalid (qorxub) Əliyə (ə.s) and verdi və buna görə də Əli (ə.s) bu işdən əl çəkdi”.

 

Əbu Sadiq Süleym b. Qeys əl-Hilali əl-Əmiri, “Kitəbu Süleym ibn Qeys əl-Hilali” kitabı, 1-ci cild, 386,387-ci səhifələr, Təhqiq: Məhəmməd Baqir əl-Ənsari, əz-Zəncani, əl-Xuini, Nəşr: “Əl-Hadi”, İran, Qum, hicri 1420-ci il, 1-ci çap (online pdf)
Kitabı yükləmək üçün ünvan

Online mənbə

 

Bu məzmunda olan rəvayətlərin bir çoxunu qeyd etmək olar. Lakin, rəvayətlər sənəd baxımından problemli olduğundan[16] hər birini qeyd etməklə mövzunu çox uzatmaq istəmirik.

 

 

 Əhli-xilaf mənbəli hədislər:
Əbu Bəkr b. Əbu Şeybə yazır:

müsənnəf 20c üz1müsənnəf 20c üz2müsənnəf 579
حدثنا محمد بن بشر نا عبيد الله بن عمر حدثنا زيد بن أسلم عن أبيه أسلم أنه حين بويع لأبي بكر بعد رسول الله صلى الله عليه وسلم كان علي والزبير يدخلان على فاطمة بنت رسول الله صلى الله عليه وسلم فيشاورونها ويرتجعون في أمرهم ، فلما بلغ ذلك عمر بن الخطاب خرج حتى دخل على فاطمة فقال : يا بنت رسول الله صلى الله عليه وسلم ، والله ما من أحد أحب إلينا من أبيك ، وما من أحد أحب إلينا بعد أبيك منك ، وأيم الله ما ذاك بمانعي إن اجتمع هؤلاء النفر عندك ؛ أن أمرتهم أن يحرق عليهم البيت ، قال : فلما خرج عمر جاءوها فقالت : تعلمون أن عمر قد جاءني وقد حلف بالله لئن عدتم ليحرقن عليكم البيت وأيم الله ليمضين لما حلف عليه ، فانصرفوا راشدين ، فروا رأيكم ولا ترجعوا إلي ، فانصرفوا عنها فلم يرجعوا إليها حتى بايعوا لأبي بكر .

“Bizə Məhəmməd b. Bəşşar rəvayət etdi və dedi: “Bizə Ubeydullah b. Ömər rəvayət etdi və dedi: “Bizə Zeyd b. Əsləm atasından rəvayət edərək dedi: “Peyğəmbərdən (s) sonra insanlar Əbu Bəkrə beyət etdiyi ərəfələrdə imam Əli (ə.s) və Zübeyr xanım Fatimənin (s.ə) evində oturub mövzu barədə məşvərət edirdilər. Bunu eşidən Ömər xanım Fatimənin (s.ə) evinə tərəf yollandı və onun evinə yetişən zaman dedi: “Ey Peyğəmbərin (s) qızı and olsun Allaha (c.c) ki, sənin atandan başqa heç kəs bizə əziz deyil və atandan sonra heç kəs bizə sənin qədər əziz deyil. Lakin, and olsun Allaha (c.c), bu məhəbbət heç vaxt başına topladığın adamlara görə, evi yandırmaq əmrini verməkdə mənə mane ola bilməz”. Ömər bunları deyib getdikdən sonra, onlar[17] xanım Fatimənin (s.ə) yanına gəldilər. Xanım Fatimə (s.ə) onlara xitabən dedi: “Bilirsinizmi?! Ömər buraya gələrək əgər siz bir daha burada bir yerə yığılsanız, siz içində olduğunuz halda evi yandıracağına Allaha (c.c) and içib getdi. Allaha (c.c) and olsun ki, o and verdiyi işi yerinə yetirəcəkdir!” Gərək biz də o iki raşidinə[18] tərəf keçək. İndi isə, öz işiniz haqqında fikirləşin və bir daha bura gəlməyin. Sonra, onlar getdilər və Əbu Bəkrə beyət etməyənə qədər onun yanına qayıtmadılar”.

 

Əbu Bəkr b. Əbu Şeybə Abdullah b. Məhəmməd b. İbrahim b. Osman b. Xəvasti əl-Əbsi, “Əl-Musənnəf” kitabı, 20-ci cild, 579-cu səhifə, 38200-cü hədis, Təhqiq: Məhəmməd Əvvamə, Nəşr: “Darul-Qiblə lis-Səqafətul-İslamiyyə”, 1427/2006, 1-ci çap (online pdf)
Kitabı yükləmək üçün ünvan
Online mənbə    

 

 

Rəvayətin sənədinin araşdırılması:
1.Məhəmməd b. Bəşşar
Əli b. Həcər əl-Əsqalani yazır:

təqrib üz1təqrib 828
محمد بن بشر العبدي أبو عبد الله الكوفي ثقة حافظ

“Məhəmməd b. Bəşşar əl-Əbdi, Əbu Əbdullah əl-Kufi. Siqadır, Hafizdir”.

 

Əbül-Fəzl Şəhabud-Din Əhməd b. Əli b. Həcər əl-Əsqalani, “Təqribut-Təhzib” kitabı, 1-ci cild, 828-ci səhifə, 5793-cü ravi, Təhqiq: Əbül-Əşbal sağir Əhməd Şağif əl-Pakistani, Nəşr: “Darul-Asimə”, hicri 1421-ci il (online pdf)
Kitabı yükləmək üçün ünvan
Online mənbə

 

2.Ubeydullah b. Ömər
Əli b. Həcər əl-Əsqalani yazır:
təqrib 643
عبيد الله بن عمر بن حفص بن عاصم بن عمر بن الخطاب العمري المدني أبو عثمان ثقة ثبت
“Ubeydullah b. Ömər b. Həfs b. Asim b. Ömər b. Xəttab əl-Əmri, əl-Mədəni, Əbu Osman. Siqadır, səbtdir”.

 

Əbül-Fəzl Şəhabud-Din Əhməd b. Əli b. Həcər əl-Əsqalani, “Təqribut-Təhzib” kitabı, 1-ci cild, 643-cü səhifə, 4353-cü ravi, Təhqiq: Əbül-Əşbal sağir Əhməd Şağif əl-Pakistani, Nəşr: “Darul-Asimə”, hicri 1421-ci il (online pdf)
Kitabı yükləmək üçün ünvan
Online mənbə

 

3.Zeyd b. Əsləm
Əli b. Həcər əl-Əsqalani yazır:

təqrib 350
زيد بن أسلم العدوي مولى عمر أبو عبد الله وأبو أسامة المدني، ثقة عالم

“Zeyd b. Əsləm əl-Ədəvi Ömərin quludur. Əbu Əbdullah. Atası Əbu Əsləm əl-Mədənidir. Siqadır, alimdir”.

 

Əbül-Fəzl Şəhabud-Din Əhməd b. Əli b. Həcər əl-Əsqalani, “Təqribut-Təhzib” kitabı, 1-ci cild, 350-ci səhifə, 2129-cu ravi, Təhqiq: Əbül-Əşbal sağir Əhməd Şağif əl-Pakistani, Nəşr: “Darul-Asimə”, hicri 1421-ci il (online pdf)
Kitabı yükləmək üçün ünvan
Online mənbə

 

4.Əsləm əl-Ədəvi
Əli b. Həcər əl-Əsqalani yazır:

təqrib 135
أسلم العدوي مولى عمر ثقة مخضرم

“Əsləm əl-Ədəvi, Ömərin quludur. Siqadır, Muxtadramdır[19]”.

 

Əbül-Fəzl Şəhabud-Din Əhməd b. Əli b. Həcər əl-Əsqalani, “Təqribut-Təhzib” kitabı, 1-ci cild, 135-ci səhifə, 410-cu ravi, Təhqiq: Əbül-Əşbal sağir Əhməd Şağif əl-Pakistani, Nəşr: “Darul-Asimə”, hicri 1421-ci il (online pdf)
Kitabı yükləmək üçün ünvan
Online mənbə

 

Beləliklə, rəvayətin səhhəti səhih dərəcəsindədir.

 

 

 

Əbu Bəkr əl-Bəlazuri yazır:

ənsab c1 üz1ənsab 586
الْمَدَائِنِيُّ ، عَنْ الْمَدَائِنِيُّ ، عَنْ مَسْلَمَةَ بْنِ مُحَارِبٍ ، عَنْ سُلَيْمَانَ التَّيْمِيِّ ، وَعَنِ ابْنِ عَوْنٍ ، أَنَّ أَبَا بَكْرٍ : ” أَرْسَلَ إِلَى عَلِيٍّ يُرِيدُ الْبَيْعَةَ ، فَلَمْ يُبَايِعْ ، فَجَاءَ عُمَرُ ، وَمَعَهُ قَبَسٌ فَتَلَقَّتْهُ فَاطِمَةُ عَلَى الْبَابِ ، فَقَالَتْ فَاطِمَةُ : يَابْنَ الْخَطَّابِ ، أَتُرَاكَ مُحَرِّقًا عَلَيَّ بَابِي ؟ ، قَالَ : نَعَمْ ، وَذَلِكَ أَقْوَى فِيمَا جَاءَ بِهِ أَبُوكِ ، وَجَاءَ عَلِيٌّ ، فَبَايَعَ ، وَقَالَ : كُنْتُ عَزَمْتُ أَنْ لا أَخْرُجَ مِنْ مَنْزِلِي حَتَّى أَجْمَعَ الْقُرْآنَ

”Əl-Mədainidən, o Məsləmə b. Muharibdən, o da Süleyman ət-Teymidən, o da İbn Aundan rəvayət edərək dedi: “Əbu Bəkir Əliyə (ə.s) (məktub) yazdı ki, gəlib beyət etsin.  Lakin, Əli (ə.s) Əbu Bəkrə beyət etmədi. Ömər əlinə məşəl  götürüb, (Əlinin (ə.s) evinə) gəldi. Xanım Fatimə (s.ə) qapıya çıxdı və dedi: “Ey Xəttabın oğlu! Qapımı yandırmaq istəyirsən?” Ömər dedi : “Bəli. Atanın hökmündən də güclüdür bu hökm”. Əli (ə.s) gəlib beyət edib dedi: “Mən özümə söz vermişdim ki, Quranı cəm etməsəm çölə çıxmayacam”.

 

Əbu Bəkr əl-Bəlazuri Əhməd b. Yəhya b. Cabir b. Davud, “Ənsabul-Əşrəf” kitabı, 1-ci cild, 586-cı səhifə, 1184-cü hədis, Təhqiq: Məhəmməd Humeydullah, Nəşr: “Darul-Məaruf”, Misir, Qahirə (online pdf)
Kitabı yükləmək üçün ünvan
Online mənbə

 

 

Rəvayətin sənədinin araşdırılması:
1.Əl-Mədaini
Şəmsəd-Din əz-Zəhəbi yazır:

siyər üz1siyər 10 c üz1siyər üz3siyər 400siyər 401
العَلاَّمَةُ، الحَافِظُ، الصَّادِقُ، أَبُو الحَسَنِ عَلِيُّ بنُ مُحَمَّدِ بنِ عَبْدِ اللهِ بنِ أَبِي سَيْفٍ المَدَائِنِيُّ، الأَخْبَارِيُّ. نَزَلَ بَغْدَادَ، وَصَنَّفَ التَّصَانِيْفَ، وَكَانَ عَجَباً فِي مَعْرِفَةِ السِّيَرِ وَالمَغَازِي وَالأَنسَابِ وَأَيَّامِ العَرَبِ، مُصَدِّقاً فِيْمَا يَنْقُلُهُ، عَالِيَ الإِسْنَادِ

“Əllamədir, hafizdir, doğu danışandır. Əbül-Həsən Əli b. Məhəmməd b. Abdullah b. Əbi Seyf əl-Mədaini əl-Əxbari. Bağdada köçmüşdür və kitablar yazmışdır. O tarixşunaslıqda, döyüşlərin tarixini, ərəblərin başından keçən hadisələri və həmçinin qəbilələridə çox yaxşı tanıyırdı. Nəql etdiyi və eşitdiklərini uca və gözəl sənədlərlə və hamı tərəfindən də qəbul olunurdu.

قَالَ يَحْيَى: ثِقَةٌ ثِقَةٌ ثِقَةٌ. فَسَأَلْتُ أَبِي: مَنْ هَذَا؟ قَالَ: هَذَا المَدَائِنِيُّ

“Yəhya dedi: “Siqa, siqa, siqa. Əhməd b. Əbi Xeysəmə dedi: Atamdan soruşdum: “Bu şəxsin adı nədir?” Atam dedi : “Onun adı əl-Mədainidir”.

 

Əbu Əbdullah Şəmsəd-Din əz-Zəhəbi Məhəmməd b. Əhməd b. Osman, “Siyər əlamun-Nubəla” kitabı, 10-cu cild, 400,401-ci səhifələr, 113-cü ravi, Təhqiq: Şueyb əl-Arnaut, Nəşr: “Muəssətur-Risalə”, Beyrut, Lübnan, 1402/1982, 1-ci çap (online pdf)
Kitabı yükləmək üçün ünvan
Online mənbə

 

2.Məsləmə b. Muharib
Məhəmməd b. Hibban yazır:

siqat 7c ü1siqat 490

مسلمة بْن محَارب الزيَادي يروي عَنْ أَبِيه عَنْ مُعَاوِيَة روى عَنهُ إِسْمَاعِيل بن علية

“Məsləmə b. Muharib əz-Ziyadi. Atasından o da Müaviyədən rəvayət etmişdir. İsmayıl b. Aliyə ondan rəvayət etmişdir”.

 

Əbu Hatim Məhəmməd b. Hibban b. Əhməd b. Hibban b. Məaz b. Məbəd ət-Təmimi, əd-Darəmi, “Əs-Siqat” kitabı, 7-ci cild, 490-cı səhifə, 11108-ci ravi, Təhqiq: Məhəmməd Əbdül-Muidxan, Nəşr: “Dairətul-Məaruful-Usmaniyyə”, Hindistan, 1393/1973, 1-ci çap (online pdf)
Kitabı yükləmək üçün ünvan
Online mənbə

 

Məhəmməd b. Hibbanın “Əs-Siqat” kitabında yalnız siqa ravilərin adlarını qeyd etmişdir. Məsləmə b. Muharib də Məhəmməd b. Hibbanın nəzərində siqa ravidir.

 

3.Süleyman b. Tarxan
Əli b. Həcər əl-Əsqalani yazır:

təqrib 409
سليمان بن طرخان التيمي أبو المعتمر البصري نزل في التيم فنسب إليهم ثقة عابد

“Süleyman b. Tarxan ət-Teymi Əbül-Mutəmir əl-Bəsri…siqadır, abiddir”.

 

Əbül-Fəzl Şəhabud-Din Əhməd b. Əli b. Həcər əl-Əsqalani, “Təqribut-Təhzib” kitabı, 1-ci cild, 409-cu səhifə, 2590-cı ravi, Təhqiq: Əbül-Əşbal sağir Əhməd Şağif əl-Pakistani, Nəşr: “Darul-Asimə”, hicri 1421-ci il (online pdf)
Kitabı yükləmək üçün ünvan
Online mənbə

 

4.Abdullah b. Aun
Əli b. Həcər əl-Əsqalani yazır:

təqrib 533
عبد الله بن عون بن أرطبان أبو عون البصري ثقة ثبت فاضل

“Abdullah b. Aun b. Ərtaban Əbu Aun əl-Bəsri. Siqadır, səbtdir, fəzilətli şəxsdir”.

 

Əbül-Fəzl Şəhabud-Din Əhməd b. Əli b. Həcər əl-Əsqalani, “Təqribut-Təhzib” kitabı, 1-ci cild, 533-cü səhifə, 3543-cü ravi, Təhqiq: Əbül-Əşbal sağir Əhməd Şağif əl-Pakistani, Nəşr: “Darul-Asimə”, hicri 1421-ci il (online pdf)
Kitabı yükləmək üçün ünvan
Online mənbə

 

Göründüyü kimi, bu hədisin də bütün raviləri siqadır və beləliklə, hədisin səhhəti səhih dərəcəsindədir.

 

Məhəmməd b. Cərir ət-Təbəri yazır:

təbəri c3 üz1təbəri c3 üz2təbəri 202
حدثنا ابن حميد قال حدثنا جرير عن مغيرة عن زياد بن كليب قال: أتى عمر بن الخطاب منزل علي وفيه طلحة والزبير ورجال من المهاجرين فقال والله لأحرقن عليكم أو لتخرجن إلى البيعة فخرج عليه الزبير مصلتا السيف فعثر فسقط السيف من يده فوثبوا عليه فأخذوه

“Bizə İbn Humeyd rəvayət etdi və dedi: “Bizə Cərir rəvayət etdi və dedi: “Muğirə Ziyad b. Kuleybdən rəvayət edərək dedi: “Ömər, Təlhə və Zübeyrlə mühacirlərdən bir qrupun məskunlaşmış olduğu Əlinin (ə.s) evinə hücum çəkdi. Zübeyr qılıncını çəkərək ona[20] qarşı çıxmaq istədi. Fəqət həmin vaxt ayağı sürüşərək, qılınc əlindən yerə düşdü. Sonra isə, evə hücum çəkənlər toplaşaraq onu tutdular”.

 

Əbu Cəfər ət-Təbəri Məhəmməd b. Cərir b. Yezid b. Kəsir b. Ğalib əl-Amuli, “Tarixut-Təbəri” kitabı, 3-cü cild, 202-ci səhifə, Təhqiq: Məhəmməd Əbül-Fəzl İbrahim, Nəşr: “Darul-Məaruf”, Misir, Qahirə, 1387/1967, 2-ci çap (online pdf)
Kitabı yükləmək üçün ünvan
Online mənbə

 

 

Rəvayətin sənədinin araşdırılması:
1.İbn Humeyd barəsində “Təbuk döyüşündə kimlər Rəsulullaha (s) sui-qəsd hazırlamışdır?” bölmündə məlumat verilmişdi
2.Cərir barəsində “Təbuk döyüşündə kimlər Rəsulullaha (s) sui-qəsd hazırlamışdır?” bölmündə məlumat verilmişdir
3.Muğirə b. Muqsim. Bu ravi barədə bəzi etirazlar vardır. Etirazların səbəbi  isə, qeyd olunan rəvayətin müdəlləs[21] olmasıdır. Dəlil olaraq, əhli-xilaf alimi ən-Nəsainin Muğirə b. Muqsimi tədlis[22] sifəti ilə vəsf etməsini gətirmişlər. Lakin, bu tədlisin özü belə doğru deyildir.

 

Əli b. Həcər əl-Əsqalani yazır:

tərif təqsid c1 üz1tərif təqsid c1 üz2tərif təqsid 46
المغيرة بن مقسم الضبي الكوفي صاحب إبراهيم النخعي ثقة مشهور وصفه النسائي بالتدليس وحكاه العجلي عن أبي فضيل وقال أبو داود كان لا يدلس وكأنه أراد ما حكاه العجلي أنه كان يرسل عن إبراهيم فإذا وقف أخبرهم ممن سمعه

“Muğirə b. Muqsim əd-Dabbi, əl-Kufi. İbrahim ən-Nəxainin dostudur. Məşhur siqa şəxslərdəndir. Əl-İcli  Əbül-Fudeyldən Nəsainin onu (Muğirəni) tədlis ilə, vəsf etdiyini nəql etmişdir. Əbu Davud dedi: “O (Muğirə), müdəlləs hədis nəql etməmişdir, Əl-İclinin nəql etdiyi hədis isə, İbrahim b. Nəxaidən irsal[23] olaraq gəlmişdir”.

 

Əbül-Fəzl Şəhabud-Din Əhməd b. Əli b. Həcər əl-Əsqalani, “Tərifu əhlət-Təqdis biməratibul-Musufinə bit-Tədlis” kitabı, 1-ci cild, 46-cı səhifə, 107-ci ravi, Təhqiq: Asim b. Abdullah əl-Qaryuti, Nəşr: “Məktəbətul-Mənar”, İordaniya, miladi 1980-ci il, 1-ci çap (online pdf)
Kitabı yükləmək üçün ünvan
Online mənbə

 

Muğirə b. Muqsim haqqında edilən tədlisin yalnış olmasının başqa bir dəlili isə, Müslim b. Həccacın “Səhih” kitabının ravilərindən olmasıdır ki, burada “Hədəsəna” (Bizə rəvayət etdi) və yaxud “Əxbərana” (Bizə xəbər verdi) ləfzləri ilə deyil. Əksinə, muənan olaraq, yəni “Ən Muğira” (Muğirədən) deyə, rəvayət olunmuşdur.
Müslim b. Həccac yazır:
müslim üz1müslim ü2müslim üz3müslim971müslim972
حدثنا عثمان بن أبي شيبة وزهير بن حرب وإسحق بن إبراهيم قال إسحق أخبرنا وقال الآخران حدثنا جرير عن مغيرة عن واصل بن حيان عن عبد الله بن أبي الهذيل عن أبي الأحوص عن عبد الله عن النبي صلى الله عليه وسلم قال
“Bizə Osman b. Əbu Şeybə və Zuheyr b. Hərb və İshaq b. İbrahim rəvayət etdi. İshaq dedi: “Bizə Cərirdən, o Muğirədən, o da Vasil b. Həyyandan, o da Abdullah b. Əbi Huzeyldən, o da Əbül-Əhvasdan, o da Abdullahdan, o da Peyğəmbərdən (s) rəvayət edərək dedi”.

 

Əbül-Hüseyn Müslim b. Həccac əl-Quşeyri, ən-Nişapuri, “Səhih Müslim” kitabı, 1-ci cild, Səhabələrin fəziləti kitabı, 1-ci bab, 971,972-ci səhifələr, 2383-cü hədis, Nəşr: “Beytul-Əfkar əd-Dəvliyyə”, Riyad, Səudiyyə Ərəbistanı, 1419/1998 (Kitabı yükləmək üçün ünvan)
Online mənbə

 

 

Şəmsəd-Din əz-Zəhəbi yazır:

siyər 6c üz1siyər 10siyər 11siyər 12
مغيرة مغيرة بن مقسم, الإِمَامُ, العَلاَّمَةُ, الثِّقَةُ, أَبُو هِشَامٍ الضَّبِّيُّ مَوْلاَهُم, الكُوْفِيُّ الأَعْمَى الفَقِيْهُ

“Muğirə b. Muqsim. İmamdır, əllamədir, siqadır, Əbu Haşim, əd-Dabbi. Kufəlilərin mövlasıdır, əl-Amə. Fəqihdir”.

وَقَالَ أَحْمَدُ بنِ أَبِي مَرْيَمَ، عَنْ يَحْيَى بنِ مَعِيْنٍ: ثِقَةٌ مَأْمُوْنٌ.

“Əhməd b. Əbi Məryəm Yəhya b. Maindən nəql edərək dedi: “Siqadır, Mamundur[24]”.

وَرَوَى أَبُو حَاتِمٍ، عَنْ يَحْيَى, قَالَ: كَانَ مُغِيْرَةُ أَحْفَظَ مِنْ حَمَّادِ بنِ أَبِي سُلَيْمَانَ.

“Əbu Hatim Yəhya b. Maindən rəvayət edərək dedi: “Muğirənin yaddaşı Həmmad b. Əbi Süleymandan daha güclüdür”.

وَقَالَ ابْنُ أَبِي حَاتِمٍ: سَأَلْتُ أَبِي: مُغِيْرَةُ، عَنِ الشَّعْبِيِّ أَحَبُّ إِلَيْكَ, أَمِ ابْنُ شُبْرُمَةَ؟ فَقَالَ: جَمِيْعاً ثِقَتَانِ.

“İbn Əbi Hatim dedi: “Atamdan soruşdum: “Muğirənin Şəbidən olan rəvayətlərini sevməliyəm yoxsa Şubrumədən olan?” Atam dedi: “Hər ikisi siqadır”.

قَالَ العِجْلِيُّ: مُغِيْرَةُ ثِقَةٌ, فَقِيْهٌ

“Əl-İcli dedi: “Muğirə siqadır, fəqihdir”.

وَقَالَ النَّسَائِيُّ: ثِقَةٌ.

“Ən-Nəsai dedi: “Siqadır”.

 

Əbu Əbdullah Şəmsəd-Din əz-Zəhəbi Məhəmməd b. Əhməd b. Osman, “Siyər əlamun-Nubəla” kitabı, 6-cı cild, 10-12-ci səhifələr, 5-ci ravi, Təhqiq: Şueyb əl-Arnaut, Nəşr: “Muəssətur-Risalə”, Beyrut, Lübnan, 1402/1982, 1-ci çap (online pdf)
 Kitabı yükləmək üçün ünvan
Online mənbə 

 

 

5.Ziyad b. Kuleyb. Bu ravi, Peyğəmbər (s) dövründə yaşamamışdır, Əhli-xilaf alimlərdən bəziləri onun hicri 100-cü ildə bəzisi isə, 119-cu ildə vəfat etdiyini söyləmişdir. Lakin, Ziyad b. Kuleybin Peyğəmbər (s) dövrünü görmədən hədis nəql etməsi, mürsəl hesab edilsə belə, mətnin öncədən qeyd etdiyimiz səhih hədislər ilə müvafiqliyi, onun məqbul olmasına zəmin yaradır.
Əli b. Həcər əl-Əsqalani yazır:
Təqrib 348
زياد بن كليب الحنظلي أبو معشر الكوفي ثقة
“Zeyd b. Kuleyb  əl-Hənzəli Əbu Məşər əl-Kufi. Siqadır”.

 

Əbül-Fəzl Şəhabud-Din Əhməd b. Əli b. Həcər əl-Əsqalani, “Təqribut-Təhzib” kitabı, 1-ci cild, 348-ci səhifə, 2108-ci ravi, Təhqiq: Əbül-Əşbal sağir Əhməd Şağif əl-Pakistani, Nəşr: “Darul-Asimə”, hicri 1421-ci il (online pdf)
Kitabı yükləmək üçün ünvan
Online mənbə

 

Beləliklə, Muğirə barədə olan tədlisin Əbu Davudun sözlərinə əsasən, doğru olmadığı məlum oldu. Məhəmməd b. Hümeyd barəsində isə, əhli-xilaf alimlərinin fərqli görüşlərə sahib olması səbəbi ilə rəvayətin səhhətini həsən dərəcəsinə düşmüş olur.

 

Hişam b. Əmmarın nəql etdiyi hədisi, “Peyğəmbərin (s) vəfatı və Səqifə hadisəsi” bölmündə qeyd etmişdik. Həmin hədisin mövzuya aid olan hissəsini bir daha qeyd edirik.

hişam 124hişam 125
دَخَلَ عَلِيٌّ وَالزُّبَيْرُ بَيْتَ فَاطِمَةَ بِنْتِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، فَجَاءَ عُمَرُ فَقَالَ : اخْرُجُوا لِلْبَيْعَةِ ، وَاللَّهِ لَتَخْرُجُنَّ ، أَوْ لأُحَرِّقَنَّهُ عَلَيْكُمْ ، فَخَرَجَ الزُّبَيْرُ صَلْتًا بِالسَّيْفِ ، فَاعْتَنَقَهُ زِيَادُ بْنُ لَبِيدٍ الأَنْصَارِيُّ مِنْ بَيَاضَةَ فَدَقَّ بِهِ ، وَبَدَرَ السَّيْفَ مِنْ يَدِهِ مِنْهُ ، فَأَخَذَهُ زِيَادٌ قَالَ : لا ، وَلَكِنِ اضْرِبْ بِهِ الْحَجَرَ

“İmam Əli (ə.s) və Zubeyr xanım Fatimənin (s.a) evinə gəldilər. Ömər Xanımın (s.ə) evinə gəlib dedi: “Evdən çıxın və beyət edin, əgər çıxmasanız evi yandıracam“.  Zübeyr evdən çıxıb, qılıncı sıyıraraq Ömərin üstünə hücum etmək istədikdə, Ziyad b. Ləbid əl-Ənsari onu qucaqlayaraq qılıncı Zübeyrin əlindən alaraq Zübeyrə dedi: “Qılıncını daşa vur ki, əsəblərin sakitləşsin”. O da qılınıcını daşa vurdu”.

 

Əbül-Vəlid Hişam b. Əmmar b. Nuseyr b. Məysər b. Əban əs-Suləmi, əd-Dəməşqi, “Hədis Hişam ibn Əmmar” kitabı, 1-ci cild, 124,125-ci səhifələr, 47-ci hədis, Təhqiq: Şeyx Abdullah b. Vəkil, Nəşr: “Dar İşbəyləyya” Riyad, Səudiyyə Ərəbistanı, 1419/1999, 1-ci çap (kitabı yükləmək üçün ünvan)
Online mənbə 

 

Əhli-xilafın böyük alimi Əhməd b. Hənbəl Səqifə hadisəsini qeyd edərkən, imam Əli (ə.s) və onunla birlikdə olan şəxslərin xanım Fatimənin (s.ə) evinə getməsini qeyd etmişdir. Lakin, nədənsə daha sonrakı hadisələri qeyd etməmişdir.
Əhməd b. Hənbəl yazır:

müsnəd c1 üz1müsnəd c1 üz2müsnəd üz3müsnəd 449müsnəd 451müsnəd 454

Rəvayət uzun olduğundan əsas hissəni təqdim edirik

حدثنا عبد الله حدثني أبي ثنا إسحاق بن عيسى الطباع ثنا مالك بن أنس حدثني بن شهاب عن عبيد الله بن عبد الله بن عتبة بن مسعود ان بن عباس أخبره: … إن عليا والزبير ومن كان معهما تخلفوا في بيت فاطمة رضي الله عنها بنت رسول الله

“Bizə Abdullah rəvayət etdi və dedi: “Mənə atam rəvayət etdi və dedi: “Bizə İshaq b. İsa ət-Tabaə rəvayət etdi və dedi: “Bizə Malik b. Ənəs rəvayət etdi və dedi: “Mənə İbn Şəhab Ubeydullah b. Abdullah b. Utbə b. Məsuddan rəvayət etdi və dedi: “İbn Abbas (ə.s) ona xəbər verdi və dedi: “…Əli (ə.s) və Zübeyr və onlarla birlikdə olanlar bizdən ayrılıb, Peyğəmbər (s) qızı Fatimənin (s.ə) evində toplaşdılar”.

 

Kitabı təhqiqatçısı Şueyb əl-Arnaut hədisin səhhəti barədə yazır:

إسناد حديث السقيفة صحيح على شرط مسلم، رجاله ثقات رجال الشيخين غير إسحاق بن عيسى الطباع، فمن رجال مسلم

“Səqifə hədisinin isnadı Müslimin şərtlərinə əsasən səhihdir. Ricalları siqadır, Şeyxeynlərin[25] ricalıdır. İshaq b. İsa ət-Tabaədən başqa, o Müslimin ricalındandır”.

 

Əbu Əbdullah Əhməd b. Məhəmməd b. Hənbəl b. Hilal b. Əsəd əş-Şeybani, “Musnədul-İmam Əhməd b. Hənbəl” kitabı, 1-ci cild, 451-ci səhifələr, Səqifə hədisi, 391-ci hədis, Təhqiq: Şueyb əl-Arnaut, Adil Mürşid və digərləri, Nəşr: “Muəssətur-Risalə”, Beyrut, Lübnan, 1418/1997, 1-ci çap (online pdf)
Kitabı yükləmək üçün ünvan
Online mənbə   

 

 

 

Əbu Bəkr b. Əbi Asim yazır:

mutəzəkkər c1 üz1mutəzəkkər c1 üz2mutəzəkkər c1 üz3mutəzəkkər 41smutəzəkkər 42s
حدثنا أبو بكر بن أبي شيبة ، حدثنا محمد بن بشر ، حدثنا عبيد الله بن عمر ، عن زيد بن أسلم ، عن أبيه ، قال : بلغ عمر بن الخطاب أن ناسا ، يجتمعون في بيت فاطمة فأتاها فقال : يا بنت رسول الله صلى الله عليه وسلم ما كان أحد من الناس أحب إلينا من أبيك ولا بعد أبيك أحب إلينا منك فقد بلغني أن هؤلاء النفر يجتمعون عندك وأيم الله لئن بلغني ذلك لأحرقن عليهم البيت ، فلما جاءوا فاطمة قالت : إن ابن الخطاب قال كذا وكذا فإنه فاعل ذلك ، فتفرقوا حتى بويع لأبي بكر رضي الله عنه

“Bizə Əbu Bəkr b. Əbu Şeybə rəvayət etdi və dedi: “Bizə Məhəmməd b. Bəşşar rəvayət etdi və dedi: “Bizə Ubeydullah b. Ömər rəvayət etdi və dedi: “Zeyd b. Əsləm atasından rəvayət edərək dedi: “İnsanların xanım Fatimənin (s.ə) evində cəm olması xəbəri Ömərə b. Xəttaba çatdığı zaman (həmin evin önünə) gəlib dedi: “Ey Peyğəmbərin qızı, atan bizə hamıdan əziz idi, səndə atandan sonra bizə əzizsən. And olsun Allaha (c.c), artıq mənə xəbər çatıb ki, onlar sənin yanında cəm olublar”. Xanım Fatimə (s.ə) evə girib onlara dedi: “Xəttabın oğlu belə-belə dedi. O dediyini eliyəcəkdir. Onlar Əbu Bəkrə beyət etmək üçün evdən çıxdılar”.

 

Kitabı təhqiq edən Əmr b. Abdullah əl-Munim hədisin səhhəti barədə yazır:

إسناده صحيح

“İsnadı səhihdir”.

 

Əbu Bəkr b. Əbi Asim Əhməd b. Əmr b. əd-Dahhak b. Muxalid əş-Şeybani, “Əl-Mutəzəkkəru  vət-Təzkir vəz-Zikr” kitabı, 1-ci cild, 41-ci səhiəfə, 19-cu hədis, Təhqiq: Əmr b. Abdullah əl-Munim, Nəşr: “Darus-Sahabəti lit-Turas bi-Tanta”, Misir, 1412/1992, 1-ci çap (online pdf)
Kitabı yükləmək üçün ünvan
Online mənbə 

 

Müslim b. Quteybə yazır:
quteybə c1 üz1quteybə c1 üz2quteybə c1 üz3quteybə 30
Rəvayət uzun olduğundan əsas hissən qeyd edirik

إن أبا بكر رضي الله عنه تفقد قوما تخلفوا عن بيعته عند علي كرم الله وجهه، فبعث إليهم عمر، فجاء فناداهم وهم في دار علي، فأبوا أن يخرجوا فدعا بالحطب وقال: والذي نفس عمر بيده. لتخرجن أو لأحرقنها على من فيها، فقيل له يا أبا حفص. إن فيها فاطمة؟ فقال وإن، فخرجوا فبايعوا إلا عليا فإنه زعم أنه قال: حلفت أن لا أخرج ولا أضع ثوبي على عاتقي حتى أجمع القرآن، فوقفت فاطمة رضي الله عنها على بابها، فقالت: لا عهد لي بقوم حضروا أسوأ محضر منكم، تركتم رسول الله صلى الله عليه وسلم جنازة بين أيدينا، وقطعتم أمركم بينكم، لم تستأمرونا، ولم تردوا لنا حقا. فأتى عمر أبا بكر، فقال له: ألا تأخذ هذا المتخلف عنك بالبيعة؟ فقال أبو بكر لقنفد وهو مولى له: اذهب فادع لي عليا، قال فذهب إلى علي فقال له: ما حاجتك؟ فقال يدعوك خليفة رسول الله، فقال علي: لسريع ما كذبتم على رسول الله. فرجع فأبلغ الرسالة، قال: فبكى أبو بكر طويلا. فقال عمر الثانية: لا تمهل هذا المتخلف عنك بالبيعة، فقال أبو بكر رضي الله عنه لقنفد: عد إليه، فقل له: خليفة رسول الله يدعوك لتبايع، فجاءه قنفد، فأدى ما أمر به، فرفع علي صوته فقال سبحان الله؟ لقد ادعى ما لبس له، فرجع قنفد، فأبلغ الرسالة، فبكى أبو بكر طويلا، ثم قام عمر، فمشى معه جماعة، حتى أتوا باب فاطمة، فدقوا الباب، فلما سمعت أصواتهم نادت بأعلى صوتها: يا أبت يا رسول الله، ماذا لقينا بعدك من ابن الخطاب وابن أبي قحافة، فلما سمع القوم صوتها وبكاءها، انصرفوا باكين، وكادت قلوبهم تنصدع، وأكبادهم تنفطر وبقي عمر ومعه قوم

 “Əbu Bəkrə xəbər çatdı ki, ona beyət etməkdən imtina edən şəxslər Əlinin (ə.s) yanındadırlar. (Əbu Bəkr) Ömər b. Xəttabı (onların yanına) göndərdi. Həmin şəxslər Əlinin (ə.s) evində olarkən, Ömər gəlib onlara səsləndi. Onlar isə, evdən çıxmaqdan boyun qaçırtdılar. Ömər onlara səslənərək dedi: “Ömərin canı əlində olana and olsun ki, ya siz bu evdən çıxacaqsınız ya da evin içindəkilərlə birlikdə evi yandıracam”. Ömərə dedilər: “Ey Əbu Həfs! Fatimədə (s.ə) evin içindədir”. Ömər dedi: “ O da (evdə) olsa belə (yandıracam)”. Əlidən (ə.s) başqa hər kəs evdən xaric olub (Əbu Bəkrə) beyət etdi. Əli (ə.s) dedi: Mən and içmişəm ki, Quranı cəm etməmiş evdən çıxmayacam”. Xanım Fatimə (s.a) qapının yanında diyanıb dedi: “Bizim boynumuzda heç bir əhd yoxdur, Rəsulallahın (s) cənazəsini bizim yanımızda tərk elədiniz sizin aranızda olan işi korladınız və bizim üçün bir haqq görmədiniz”. Ömər Əbu bəkrin yanına gəlib dedi: “Sənin üçün o ixtilafçılardan beyət alımmı?“ Əbu Bəkr dedi: “Ey Qunfuz! Ged Əlini (ə.s) çağır. “Qunfuz Əlinin evinə getdi. Əli (ə.s) (ona) dedi: “Nə istəyirsən?“ Qunfuz dedi: “Rəsulallahın (s) xəlifəsi səni çağırır”. Əli (ə.s) dedi: “ Subhanallah! Nə tez Rəsulallahı (s) təkzib etdiniz?”. Qunfuz qayıdıb bu xəbəri, Əbu Bəkrə çatdırdı. Əbu Bəkr uzun uzadı ağladı. Sonra, Ömər qalxıb camaatla birlikdə, xanım Fatimənin (s.a) qapısının yanına gəlib, qapını döydülər. Sonra isə, onların səsləri eşidildi. Ağlar səslə deyirdilər: “Ya Rəsulallah! Nəyə görə biz atamdan sonra Xəttabın və Əbu Quhafənin oğlundan bunları görürük?“. Elə bu zaman, camaat onların ağlamaq səsini eşitdikdə, ağlar halda geri qayıtdılar. Az qalırdı ki, buna görə ürəyləri yansın ciyərləri parçalansın. Lakin, Ömər və onun dəstəsi geri qayıtmadılar”.

 

Əbu Məhəmməd Abdullah b. Müslim b. Quteybə əd-Deynəvəri, “Əl-İmamə vəs-Siyasə” kitabı, 1-ci cild, 30-cu səhifə, Təhqiq: Əli Şeyri, Nəşr: “Darul-Ədva”, Beyrut, Lübnan, 1410/1990, 1-ci çap (kitabı yükləmək üçün ünvan)
Online mənbə 

 

“Əl-İmamə vəs-Siyasə” kitabı barədə olan şübhələrin cavabı “Şübhələrə cavab” bölmündə qeyd olunacaqdır.

 

 

Əhməd Bəkri yazır:

əhməd bəkri
وقال ابن قتيبة:..ثم قام عمر فمشى ومعه جماعة حتى، أبوا باب فاطمة فدقوا الباب، فلما سمعت أصواتهم نادت بأعلى صوتها: يا ابت يا رسول الله ماذا لقينا بعدك من ابن الخطاب، وابن أبي قحافة

“Və İbn Quteybə dedi:…“Sonra, Ömər bir qrup adamla Fatimənin (s.a) qapısına gəldi. Qapını döydülər. Fatimə (s.a) onların səsini eşidən zaman uca səslə dedi: “Ey Allahın Rəsulu! Səndən sonra Xəttabın və Əbu Quhafənin oğlundan tərəfindən bizə nələr (müsibətlər) çatmadı!”

 

Əbdür-Rəhman Əhməd Bəkri “Ömər b. Xəttab” kitabı, 1-ci cild, 184-cü səhifə (online mənbə) 

 

 

Əbu Ömər Əbdül-Birr yazır:

istiab 3c üz1istiab 975
حَدَّثَنَا حَدَّثَنَا مُحَمَّدُ بْنُ أَحْمَدَ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ أَيُّوبَ ، حَدَّثَنَا أَحْمَدُ بْنُ عَمْرٍو الْبَزَّارُ ، حَدَّثَنَا أَحْمَدُ بْنُ يَحْيَى ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ نُسَيْرٍ ، حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ عُمَرَ ، عَنْ زَيْدِ بْنِ أَسْلَمَ ، عَنْ أَبِيهِ ، أَنَّ عَلِيًّا وَالزُّبَيْرَ كانا حين بويع لأبي بكر يدخلان على فاطمة رضي الله عنها فيشاورانها ويتراجعان في أمرهم ، فبلغ ذلك عمر ، فدخل عليها عمر ، فقال : يا بنت رَسُولِ اللَّهِ ، وَاللَّهِ مَا كَانَ مِنَ الْخَلْقِ أَحَدٌ أَحَبَّ إِلَيْنَا مِنْ أَبِيكِ ، وَمَا أَحَدٌ أَحَبُّ إِلَيْنَا بَعْدَهُ مِنْكِ ، وَلَقَدْ بَلَغَنِي أَنَّ هَؤُلاءِ النَّفَرِ يَدْخُلُونَ عَلَيْكِ ، وَلَئِنْ بَلَغَنِي لأَفْعَلَنَّ وَلأَفْعَلَنَّ . ثُمَّ خَرَجَ وَجَاءُوهَا ، فَقَالَتْ لَهُمْ : إِنَّ عُمَرَ قَدْ جَاءَنِي وَحَلَفَ لَئِنْ عُدْتُمْ لَيَفْعَلَنَّ ، وَايْمُ اللَّهِ لَيَفِيَنَّ بِهَا ، فَانْظُرُوا فِي أَمْرِكُمْ ، وَلا تَرْجِعُوا إِلَيَّ . فَانْصَرَفُوا فَلَمْ يَرْجِعُوا ، حَتَّى بَايَعُوا لأَبِي بَكْرٍ

“Bizə Məhəmməd b. Əhməd rəvayət etdi və dedi: “Bizə Məhəmməd b. Əyyub rəvayət etdi və dedi: “Bizə Əhməd b. Əmr əl-Bəzzar rəvayət etdi və dedi: “Bizə Əhməd b. Yəhya rəvayət etdi və dedi: “Bizə Məhəmməd b. Buşeyr[26] rəvayət etdi və dedi: “Bizə Abdullah b. Ömər[27] rəvayət etdi və dedi: “Zeyd b. Əsləm o da atasından dedi: “Əbu Bəkrə beyət edilən zaman Əli (ə.s) və Zübeyr məşvərət üçün Xanım Fatimənin (s.a) yanına gəldilər. Bu xəbər Ömərə çatanda, xanım Fatimənin (s.ə) evinə gələrək dedi: “Ey Peyğəmbərin (s) qızı sənin atandan başqa heç kəs bizə əziz deyil və atandan sonra heç kəs bizə sənin qədər əziz deyil. Mənə xəbər çatıb ki, bir dəstə insan sənin evinə gəlirlər. Əgər, sən onlara bir daha evə gəlməyə icazə versən, mütləq flan işi edəcəm”. Sonra, (Ömər) çıxıb getdi. Onlar[28] Fatimənin (s.ə) evinə gəldikdə, xanım Fatimə (s.ə) onlara xitabən dedi: “Ömər mənim yanıma gəldi və and içdi ki, əgər siz bir də buraya gəlsəniz, flan işi edəcək. And olsun ki, o dediyini edəcək. Öz işiniz haqqında fikirləşin və daha bura gəlməyin”. Sonra, Onlar evdən çıxdılar və Əbu Bəkrə beyət etməyənə qədər bir daha evə qayıtmadılar”.

 

Əbu Ömər Yusif b. Abdullah b. Məhəmməd b. Əbdül-Birr b. Asim əl-Qurtubi, “Əl-İstiab fi mərifətil-Əshab” kitabı, 3-cü cild, 975-ci səhifə, Təhqiq: Əli Məhəmməd əl-Bəcavi, Nəşr: “Darul-Ceyl”, Beyrut, Lübnan, 1412/1992, 1-ci çap (online pdf)
Kitabı yükləmək üçün ünvan
Online mənbə

 

 

Əbu Ömər b. Əbdür-Rəbbah yazır:

iqdul ferid c5 üz1iqdul ferid c5 üz2iqdul ferid 13iqdul ferid 14
الذين تخلفوا عن بيعة أبي بكر

عليّ، والعباس، والزبير، وسعد بن عبادة، فأما علي والعباس والزبير فقعدوا في بيت فاطمة حتى بعث إليهم أبو بكر عمر بن الخطاب ليخرجوا من بيت فاطمة، وقال له: إن أبوا فقاتلهم. فأقبل بقبس من نار على أن يضرم عليهم الدار، فلقيته فاطمة فقالت: يا ابن الخطاب، أجئت لتحرق دارنا؟ قال: نعم، أو تدخلوا فيما دخلت فيه الأمة! فخرج علي حتى دخل على أبي بكر فبايعه، فقال له أبو بكر: أكرهت إمارتي؟ فقال: لا، ولكني آليت أن لا أرتدي بعد موت رسول الله صلّى الله عليه وسلم.  حتى أحفظ القرآن، فعليه حبست نفسي

Əbu Bəkrin beyətinə qarşı olan kəslər
“Hz.Əli (ə.s), Abbas (ə.s) və Zübeyr xanım Fatimənin (s.ə) evində oturmuşdu. Əbu Bəkr Ömər b. Xəttabı göndərdi ki, onları Fatimənin (s.ə) evindən çıxartsın. Ömərə göstəriş vermişdi ki, “əgər evdən çıxmasalar, onlara güc tətbiq et!” Ömər b. Xəttab əlinə məşəl alaraq, Fatimənin (s.ə) evinə yola düşdü. O, evi yandırmaq niyyətində idi. Bu zaman, Fatimə (s.ə) ilə qarşılaşdı. Xanım (s.ə) dedi: “Ey Xəttabın oğlu! Bizim evimizi yandırmağa gəlmisən?!” O, cavab verərək: “Bəli! Yalnız, o zaman bu fikirdən dönərəm ki, ümmətin daxil olduğuna siz də daxil olasınız[29]!“ Əli (ə.s) çölə çıxıb, Əbu Bəkrin yanına gəldi və ona beyət etdi. Əbu Bəkr Əliyə (ə.s) xitabən dedi: “Mənim rəhbərliyimi bəyənmədin?” Əli (ə.s) dedi: “Xeyr, lakin and içmişdim ki, Quranı toplamayınca Allah Rəsulunun (s) ölümündən sonra əbamı çiynimə atmıyım. Buna görə də özümü (evə) qapamışdım”.

 

 Əbu Ömər Şəhabud-Din Əhməd b. Məhəmməd b. Əbdür-Rəbbah b. Həbib b. Hədir b. Salim əl-Əndəlusi, “Əl-İqdul-Fərid” kitabı, 5-ci cild, 13,14-cü səhifələr, Nəşr: “Darul-Kutubul-İlmiyyə”, 1404/1983, 1-ci çap (online pdf) 
Kitabı yükləmək üçün ünvan
Online mənbə 

 

 

Əbül-Fəda yazır:

muxtəsər c1 üz1muxtəsər 156

Rəvayət uzun olduğundan əsas hissəni təqdim edirik

ثم إن أبا بكر بعث عمر بن الخطاب إِلى علي ومن معه ليخرجهم من بيت فاطمة رضي الله عنها، وقال: إِن أبوا عليك فقاتلهم. فأقبل عمر بشيء من نار على أن يضرم الدار، فلقيته فاطمة رضي الله عنها وقالت: إِلى أين يا ابن الخطاب؟ أجئت لتحرق دارنا؟ قال: نعم، أو تدخلوا فيما دخل فيه الأمة فخرج علي حتى أتى أبا بكر فبايعه،

“Sonra, Əbu Bəkr Ömər b. Xəttabı göndərdi ki, onları Fatimənin (s.ə) evindən çıxartsın. Ömərə göstəriş vermişdi ki, “Əgər evdən çıxmasalar, onlara güc tətbiq et!” Ömər b. Xəttab əlinə məşəl alaraq Fatimənin (s.ə) evinə yola düşdü. O, evi yandırmaq niyyətində idi. Bu zaman, Fatimə (s.ə) ilə qarşılaşdı. Xanım (s.ə) dedi: “Ey Xəttabın oğlu! Bizim evimizi yandırmağa gəlmisən?!” Ömər dedi: “Bəli. Yalnız, o zaman bu fikirdən dönərəm ki, ümmətin daxil olduğuna siz də daxil olasınız!” Sonra Əli (ə.s) evdən çıxıb, Əbu Bəkrə beyət etdi”

 

Əbül-Fəda İmad-Din İsmayıl b. Əli b. Mahmud b. Məhəmməd b. Ömər b. Şahənşah b. Əyyub əl-Maliki, “Əl-Muxtəsər fi əxbaril-Bəşər” kitabı, 1-ci cild, 156-cı səhifə, Nəşr: “Əl-Huseyniyyə”, Misir, 1-ci çap (online pdf)
Kitabı yükləmək üçün ünvan
Online mənbə

 

 

Əbül-Fəda digər bir kitabında yazır:

tarix əbul fəda 239

Rəvayət uzun olduğundan əsas hissəni təqdim edirik

ثم إن أبا بكر بعث عمر بن الخطاب إلى علي ومن معه ليخرجهم من بيت فاطمة رضي الله عنها وقال : إن أبوا عليك فقاتلهم فأقبل عمر بشيء من نار على أن يضرم الدار فلقيته فاطمة رضي الله عنها وقالت : إلى أين يا ابن الخطاب أجئت لتحرق دارنا قال : نعم أو تدخلوا فيما دخل فيه الأمة فخرج علي حتى أتى أبا بكر فبايعه

“Sonra, Əbubəkr Ömər b. Xəttabı göndərdi ki, Əli (ə.s) və onunla birlikdə olanları, Fatimənin (s.ə) evindən çıxartsın. Ömərə göstəriş vermişdi ki, “əgər evdən çıxmasalar, onlara güc tətbiq et!” Ömər b. Xəttab əlinə məşəl alaraq, Fatimənin (s.ə) evinə yola düşdü. O, evi yandırmaq niyyətində idi. Bu zaman Fatimə (s.ə) ilə qarşılaşdı. dedi: “Ey Xəttabın oğlu! Bizim evimizi yandırmağa gəlmisən?!” Ömər dedi: “Bəli, yalnız o zaman bu fikirdən dönərəm ki, ümmətin daxil olduğuna siz də daxil olasınız!” Sonra, Əli evdən çıxıb Əbu Bəkrə beyət etdi”.

 

Əbül-Fəda İmad-Din İsmayıl b. Əli b. Mahmud b. Məhəmməd b. Ömər b. Şahənşah b. Əyyub əl-Maliki, “Tarix Əbül-Fəda” kitabı, 1-ci cild, 239-cu səhifə, (online mənbə)

 

 

Kuhalə əd-Dəməşqi yazır:

kuhalə 4c üz1kuhalə 4c üz2kuhalə 114

Rəvayət uzun olduğundan əsas hissəni təqdim edirik

وتفقد أبوبكر قوماً تخلفوا ، عن بيعته عند علي بن أبي طالب كالعباس ، والزبير وسعد بن عبادة فقعدوا في بيت فاطمة ، فبعث أبوبكر إليهم عمر بن الخطاب ، فجاءهم عمر فناداهم وهم في دار فاطمة ، فأبوا أن يخرجوا فدعا بالحطب ، وقال : والذي نفس عمر بيده لتخرجن أو لأحرقنّها على من فيها ، فقيل له : يا أبا حفص إن فيها فاطمة ، فقال : وإن

“Əbu Bəkr onun beyətinə qarşı çıxan Abbası (ə.s), Zübeyri, Səid b. Übadəni xanım Fatimənin (s.ə) evində Əlinin (ə.s) yanında olduğunu bildiyi zaman, Öməri onların yanına göndərdi. Ömər Xanımın (s.ə) evinə gələrək, orada olanları hədələyərək səsləndi: “Ömərin canı əlində olana and olsun ki, ya evdən çıxacaqsanız ya da əks təqdirdə sizi evlə birlikdə yandıracam”. Ömərə dedilər: “Ey Əbu Həfs, evdə Fatimə (s.ə) də var”. Ömər dedi: “Hətta, O da (evdə) olsa belə (yandıracam)”.
 
Ömər b. Rıza b. Məhəmməd Rağib b. Əbdül-Ğani Kuhalə əd-Dəməşqi, “Əlamun-Nəsai fi aməlil-Arab vəl-İsləm” kitabı, 4-cü cild, 114-cü səhifə, Nəşr: “Muəssətur-Risalə”, Beyrut, Lübnan (kitabı yükləmək üçün ünvan) 

 

 

Şəhabud-Din ən-Nuveyri yazır:

nuveyri c19 üz1nuveyri c19 üz2nuveyri 24s
وروى أبو عمر بن عبد البر بسنده، عن زيد بن أسلم، عن أبيه: أن علياً والزبير كان حين بويع لأبي بكر ، يدخلان على فاطمة ، يشاورانها في أمرهم ، فبلغ ذلك عمر ، فدخل عليها ، فقال : يا بنت رسول الله ما كان من الخلق أحد أحب إلينا من أبيك وما أحد أحب إلينا بعده منك ، وقد بلغني أن هؤلاء النفر يدخلون عليك ولئن بلغني لأفعلن ولأفعلن! ثم خرج وجاءوها ، فقالت لهم : إن عمر قد جاءني وحلف إن عدتم ليفعلن وأيم اللّه ليفين. بها، فانظروا فى أمركم، ولا تنظروا إلىّ؛ فانصرفوا ولم يرجعوا حتى بايعوا لأبى بكر

“Əbu Ömər b. Əbdül-Birrin isnadı ilə, Zeyd b. Əsləmdən, o da atasından rəvayət edərək dedi: “Əbu Bəkrə beyət olunan ərəfələrdə Əli (ə.s) və Zübeyr xanım Fatimənin (s.ə) evində oturub, mövzu barədə məşvərət edirdilər. Ömər bu xəbəri eşitdikdə Fatimənin (s.ə) evinə gəldi və dedi: “Ey Peyğəmbərin (s) qızı, insanların içərisində mənə ən sevimli atan idi və ondan sonrada sənsən. Mənə xəbər çatıb ki, bir dəstə insan sənin evinə gəlirlər. Əgər, sən onlara bir daha evə gəlməyə icazə versən, mütləq flan işi edəcəm”. Sonra (Ömər) çıxıb getdi. Onlar Fatimənin (s.ə) evinə gəldikdə, xanım Fatimə (s.ə) onlara xitabən dedi: “Ömər mənim yanıma gəldi və and içdi ki, əgər siz bir də buraya gəlsəniz, flan işi edəcək. Allaha (c.c) and olsun ki, o dediyini edəcək. Öz işiniz haqqında fikirləşin və daha bura gəlməyin”.  Sonra onlar evdən çıxdılar və Əbu Bəkrə beyət etməyənə qədər bir daha evə qayıtmadılar”.

 

Şəhabud-Din ən-Nuveyri Əhməd b. Əbdü-Vəhab b. Məhəmməd b. Əbdül-Daim əl-Fəraşi, ət-Teymi, əl-Bəkri, “Nihayətul-Ərb fi fununil-Ədəb” kitabı, 19-cu cild, 24-cü səhifə, Təhqiq: Əbdül-Məcid Turheyni, Əmmad Əli Həmzə və digərləri, Nəşr: “Darul-Kutubul-İlmiyyə”, Beyrut, Lübnan, 1424/2004, 1-ci çap (online pdf)
Kitabı yükləmək üçün ünvan
Online mənbə  

 

Əhməd b. İshaq əl-Yaqubi yazır:

yaqubi 155
وبلغ أبا بكر وعمر أن جماعة من المهاجرين والأنصار قد اجتمعوا مع علي بن أبي طالب في منزل فاطمة بنت رسول الله، فأتوا في جماعة حتى هجموا الدار، وخرج علي ومعه السيف، فلقيه عمر، فصارعه عمر فصرعه، وكسر سيفه، ودخلوا الدار فخرجت فاطمة فقالت: والله لتخرجن أو لأكشفن شعري ولأعجن إلى الله! فخرجوا وخرج من كان في الدار وأقام القوم أياماً. ثم جعل الواحد بعد الواحد يبايع، ولم يبايع علي إلا بعد ستة أشهر وقيل أربعين يوماً

 “Əbu Bəkr və Ömərə belə xəbər çatdı ki, mühacir və ənsardan olan bir dəstə şəxs Fatimə b. Rəsulullahın (s.ə) evində Əli b. Əbi Talibin (ə.s) ətrafına cəm olublar. Onlar bir dəstə şəxs ilə birlikdə gəlib evə hücum etdilər. Əli (ə.s) qılıncını götürüb (evdən) çıxdı. Ömər onunla üzə-üzə gəldi və bir-birlərinə güc gəldilər. Sonra, Ömər Əlinin (ə.s) qılıncını sındırdı[30]. Beləcə onlar, evə daxil oldular. Xanım Fatimə (s.ə) önə çıxıb dedi: “Allaha (c.c) and olsun, ya (evdən) çıxacaqsınız, ya da saçımı açıb Allaha (c.c) nalə edəcəyəm!” Onlar və evdə olan insanlar da çölə çıxdılar. Onlar[31] bir neçə gün beyət etmədən evdə qaldılar. Sonra, bir-birinin ardınca beyət etməyə başladılar. Əli (ə.s) isə, yalnız altı aydan sonra beyət etdi. Həmçinin, başqa rəvayətlərdə 40 gün sonra beyət edildiyi qeyd olunur”.

 

Əbül-Əbbas əl-Yaqubi Əhməd b. İshaq b. Cəfər b. Vəhəb b. Vadeh, “Tarixul-Yəqubi” kitabı, 1-ci cild, 155-ci səhifə, kitabın mənbəsi: “www.alwarraq.com” saytı (online mənbə)

 

 

Müttəqil-Hindi yazır:

kənzul c5 üz1kənzul c5 üz2kənzul 651kənzul 652
عن أسلم أنه حين بويع لأبي بكر بعد رسول الله صلى الله عليه وسلم كان علي والزبير يدخلان على فاطمة بنت رسول الله صلى الله عليه وسلم فيشاورونها ويرتجعون في أمرهم ، فلما بلغ ذلك عمر بن الخطاب خرج حتى دخل على فاطمة فقال : يا بنت رسول الله صلى الله عليه وسلم ، والله ما من أحد أحب إلينا من أبيك ، وما من أحد أحب إلينا بعد أبيك منك ، وأيم الله ما ذاك بمانعي إن اجتمع هؤلاء النفر عندك ؛ أن أمرتهم أن يحرق عليهم البيت ، قال : فلما خرج عمر جاءوها فقالت : تعلمون أن عمر قد جاءني وقد حلف بالله لئن عدتم ليحرقن عليكم البيت وأيم الله ليمضين لما حلف عليه ، فانصرفوا راشدين ، فروا رأيكم ولا ترجعوا إلي ، فانصرفوا عنها فلم يرجعوا إليها حتى بايعوا لأبي بكر .

“Rəsulullahdan (s) sonra xalq Əbu Bəkrə beyət etdiyi ərəfələrdə Əli (ə.s) və Zübeyr xanım Fatimənin (s.ə) evində oturub mövzu barədə məşvərət edirdilər. Bunu eşidən Ömər Fatimənin (s.ə) evinə tərəf yollandı və onun evinə yetişən zaman dedi: “Ey Peyğəmbərin (s) qızı and olsun Allaha (c.c), sənin atandan başqa heç kəs bizə əziz deyil və atandan sonra heç kəs bizə sənin qədər əziz deyil. Lakin, and olsun Allaha (c.c) ki, bu məhəbbət heç vaxt başına topladığın adamlara görə, evi yandırmaq əmrini verməkdə mənə mane ola bilməz”. Ömər bunları deyib getdikdən sonra, onlar xanım Fatimənin (s.ə) yanına gəldilər. Xanım (s.ə) onlara xitabən dedi: “Bilirsinizmi?! Ömər buraya gələrək Allaha (c.c) and içdi ki, əgər siz, bir daha burada bir yerə yığılsanız siz içində olduğunuz halda evi yandıracaq. Allaha (c.c) and olsun ki, o and verdiyi işi yerinə yetirəcəkdir!” Gərək biz də o iki raşidinə tərəf keçək. İndi isə, öz işiniz haqqında fikirləşin və bir daha bura gəlməyin. Sonra, onlar getdilər və Əbu Bəkrə beyət etməyənə qədər onun yanına qayıtmadılar”.

 

Ələd-Din Müttəqil-Hindi Əli b. Hisaməd-Din b. Qadi, “Kənzul-Ummal fi sunənil-Əqval vəl-Əfal” kitabı, 5-ci cild, 651,652-ci səhifələr, 14138-ci hədis, Təhqiq: Səfvat əs-Səqqa və Bəkri əl-Həyyani, Nəşr: “Muəssətur-Risalə”, Beyrut, Lübnan, 1405/1980 , 5-ci çap (online pdf)
Kitabı yükləmək üçün ünvan
Online mənbə

 

 

Əbu Həmmad Əbil-Hədid yazır:
hədid 45
وروى أحمد بن عبد العزيز ، قال : لما بويع لابي بكر كان الزبير و المقداد يختلفان في جماعة من الناس إلى علي ، وهو في بيت فاطمة ، فيتشاورون ويتراجعون أمورهم ، فخرج عمر حتى دخل على فاطمة عليها السلام ، وقال : يا بنت رسول الله ، ما من أحد من الخلق أحب إلينا من أبيك ، وما من أحد أحب إلينا منك بعد أبيك ، وأيم الله ما ذاك بما نعي أن اجتمع هؤلاء النفر عندك ان آمر بتحريق البيت عليهم . فلما خرج عمر جاءوها ، فقالت : تعلمون أن عمر جاءني ، وحلف لي بالله إن عدتم ليحرقن عليكم البيت ، وأيم الله ليمضين لما حلف له . فانصرفوا عنا راشدين . فلم يرجعوا إلى بيتها ، وذهبوا فبايعوا لابي بكر
“Əhməd b. Əbdül-Əzizin belə dediyi rəvayət olunur: “O zaman ki, Zübeyr Miqdad (ə.s) və insanlardan olan bir qrup Əbu Bəkrə yox, Əliyə (ə.s) beyət etdi, Əli (ə.s) həmin adamlar ilə birlikdə Fatimənin (s.ə) evində mövzu barədə müşavirət və müzakirə edirdilər. Ömər Fatimənin yanına gəlib dedi: “Ey Peyğəmbərin (s) qızı, insanlar içindən atandan başqa heç kəs bizə əziz deyil və atandan sonra heç kəs bizə sənin qədər əziz deyil. ”Lakin, and olsun Allaha (c.c), bu məhəbbət heç vaxt başına topladığın adamlara görə, evi yandırmaq əmrini verməkdə mənə mane ola bilməz”. Ömər bu sözü dedikdən sonra getdi. Xanım Fatimə (s.ə) evdəkilərin yanına gəlib dedi: “Sizlərə bir xəbərim var. Ömər yanıma gəldi və Allaha (c.c) and içdi ki, müxalifətçiliyiniz belə davam etsə evə od vuracaq. Ömər and içdiyi işi yerinə yetirəcəkdir. Gərək biz də 2 raşidinə tərəf keçək”. Sonra onlar evdən çıxıb Əbu Bəkrə beyət etdilər.”

 

İzəd-Din Əbu Həmmad Əbdül-Həmid b. Hibbətullah b. Məhəmməd b. Hüseyn b. Əbil-Hədid, “Şərhu nəhcul-Bəlağə” kitabı, 2-ci cild, 45-ci səhifə, Təhqiq: Məhəmməd Əbül-Fəzl İbrahim, Nəşr: “Dar ihyaul-Kutubul-Arabiyyə” (online mənbə)

 

 

Əbil-Hədid həmin kitabın digər bir cildində yazır:

hədid 271
رووها عن جعفر بن محمد عليه السلام وغيره أن عمر ضرب فاطمة عليه السلام بالسوط وضرب الزبير بالسيف وأن عمر قصد منزلها وفيه على عليه السلام والزبير والمقداد وجماعة ممن تخلف عن أبى بكر وهم مجتمعون هناك فقال لها : ما أحد بعد أبيك أحب الينا منك وايم الله لئن اجتمع هؤلاء النفر عندك لنحرقن عليهم ! فمنعت القوم من الاجتماع .

“Cəfər b. Məhəmməd (ə.s) və digərlərin rəvayət etmişlər ki: “Ömər Fatiməyə (s.ə) qılıncı ilə, zərbə vurdu. Zübeyr  qılıncını çəkdi və Ömər mənzilə hücum etdi. Orda olan Əli (ə.s), Zübeyr, Miqdad (ə.s), və Əbu Bəkrin xilafətinə müxalif edən şəxslər bir yerdə cəm olmuşdular. Ömər xanım Fatiməyə (s.ə) xitabən dedi: “Atandan sonra kimsə bizə səndə əziz deyil. Lakin, and olsun Allaha (c.c) bu məhəbbət heç vaxt başına topladığın adamlara görə, evi yandırmaq əmrini verməkdə mənə mane ola bilməz”. Fatimə (s.a) evdə toplaşanları mənzildən çıxardı.

 

İzəd-Din Əbu Həmmad Əbdül-Həmid b. Hibbətullah b. Məhəmməd b. Hüseyn b. Əbil-Hədid, “Şərhu nəhcul-Bəlağə” kitabı, 16-cı cild, 271-ci səhifə, Təhqiq: Məhəmməd Əbül-Fəzl İbrahim, Nəşr: “Dar ihyaul-Kutubul-Arabiyyə” (online mənbə) 

 

Əbil-Hədidin əqidəsi barəsində “Şübhələrə cavab” bölmündə məlumat veriləcəkdir.

 

 

Misirin məşhur əhli-xilaf şairi Hafiz b. İbrahim bu hadisəni şeir şəklində belə qələmə almışdır:

hafiz 82

 

Şeir uzun olduğundan əsas hissəni təqdim edirik

عمر وعلي

وقــــولــة لعـــلي قالــــها عـمــــر  *   أكرم بســـامعها أعظم بملقيها

حرقـــــت دارك لا أبقي عليك بها   *  إن لم تبايع وبنت المصطفى فيها

ما كان غير أبي حفــص يفوه بها   *    إمام فــارس عدنــأن وحــاميـــها

Ömər və Əli
Ömər Əliyə bu sözlər dedi  * Bu kəlamı eşidəni əzizlə və deyəni böyük bil!
Evini odlayaram və qoymaram orda qalasan * Əgər beyət etməsən hətta, Mustəfa qızı
(Fatimə) evdə olsa yandıraram!
Əbu Həfsədən[32] başqa bu sözu deyən olmadi, * Döyüşçü rəhbəri belə

 

Məhəmməd Hafiz b. İbrahim “Əl-Qasiyyətul-Uməriyyə” kitabı, 1-ci cild, 82-ci səhifə (online pdf)
Kitabı yükləmək üçün ünvan 
 
 
Göründüyü kimi, əhli-xilaf mənbələrində Ömər b. Xəttab və dəstəsinin evə hücum etməsi, evi yandırmağı ilə hədələməsi səhih sənədlərlə mütəvatir[33] şəkildə rəvayət olunmuşdur.

 

 

____________________________

[1] Ətirli çiçəklər
[2] Rical kitablarında zikr olunmayan ravi
[3] Mühacir və Ənsardan
[4] Şeytanın dəstəsi ilə
[5] Odun və od istəməsini
[6] İfadənin orijinalında “suul-mahdar” sözü işlənmişdir. “Suul-mahdar” məhz o şəxslərə deyilər ki, həmin şəxslər yanlarında olmayan şəxs barədə pis söz danışarlar. Bizim dilimizdə bu sözün tam qarşılığı olmaması səbəbindən onu “pis xələf” deyə tərcümə etdik. Xanım (s.ə) bu sözü ilə bunu nəzərdə tutur ki, siz Allah Rəsulunun (s) vəfatından sonra onun barəsində yaxşı iş görmədiniz, o Həzrətə (s) hörmətsizlik edib, ailəsinin haqqımızı tapdadınız.
[7] İxtilafa düşüb parçalandınız
[8] Rəhbər
[9] Xilafətə olan ümidinizi
[10] Ömər və dəstəsi
[11] İmam Əlinin (ə.s)
[12] Əbu Bəkrlə Ömərin
[13] Lənət olunmuş
[14] Bilərdin mənim evimə girmək necə olur!
[15] Bilərdin mənim evimə girmək necə olur!
[16] Bəzi rəvayətlərin zəif və bəzilərinin də sənədsiz olduğundan
[17] Əli (ə.s) və Zübeyr
[18] Əbu Bəkr və Ömər
[19] Peyğəmbər (s) dövründə yaşayıb onu görməyən şəxs
[20] Ömərə
[21] Nəql etdiyi ravi ilə görüşmədən ondan heç bir şey eşitmədiyi təqdirdə rəvayə etdiyini göstərərək nəql etməsi. Həmçinin, hədisi eşitdiyi ravinin adını gizlədərək söyləməsi
[22] Müdəlləs hədisə verdiyimiz məna ilə eynidir. Ad olaraq fərqli olsalarda, hər ikisi eyni məna daşıyır. Müdəlləs hədis növlərindəndir. Tədlis isə, ravilərə verilən sifətlərdəndir.
[23] Hədisin sənədində olan ravinin düşməsi (qeyd olunmaması)
[24] Heç bir problemi olmayan ravi
[25] əl-Buxari və Müslimin
[26] Burada kı, Məhəmməd b. Buşeyr Məhəmməd b. Bəşşardı.  Əbu Şeybənin rəvayətində İbn Həcərin “Təqribut-Təhzib” kitabında onun barəsində ki, sözlərini qeyd etmişdik və həmin kitabın təhqiqaçısı Əbül-Əşbal 2-ci haşiyədə Məhəmməd b. Bəşşarın  kitablarda “Buşeyr” kimi qeyd olunmasını xəta olduğunu söyləmişdir.
[27] Burada Abdullah b. Ömər adlı ravi, Ubeydullah b. Ömərdir. Ola bilsin ki, nüsxənin köçürüldüyü zaman xətaya yol verilmişdir
[28] Əli (ə.s) və Zübeyr
[29] Digər insanlar kimi, siz də Əbu Bəkrə beyət edəsiniz
[30] Əlbəttə, bunlar əhli-xilafın öz hədisləridi. Ömər b. Xəttab heç bir zaman imam Əli (ə.s) kimi pəhlavana güc gələ bilməz. Burada kı məqsəd, evə olunan hücum hadisəsini qeyd etməkdir.
[31] Evdə olan insanlar
[32] Ömərdən
[33] Bir rəvayətin bir çox fərqli sənədlə nəql olunması

Bir şərh yazın