Əbu Bəkr və Öməri lənətləyən şəxsin dərəcəsi 7 milyon dəfə artar hədisinin araşdırılması

Son günlərdə sosial şəbəkələrdə bu rəvayət yetəri qədər məşhurluq qazanaraq, həm xilaf əhli tərəfindən həm də Əhli-beyt (ə.s) tərəfdarlarından olan şəxslər tərəfindən istifadə edilir. Biz isə, bu rəvayət barədə araşdırma apararaq hədisin əsl mətninin heç də belə olmadığının şahidi olduq. İlk öncə həmin hədisin fotoşəklini təqdim edirik:
11039810_1408127596159595_6559210563654806386_n
Göründüyü kimi, tərcümədə Əbu Bəkr və Ömərin adı zikr olunmuşdur. İndi isə, rəvayətin əsl mətninə baxaq
şəfaus
Rəvayət uzun olduğundan təhrif edilmiş hissəni təqdim edirik
من لعن الجبت والطاغوت لعنة
“Kim əgər cibt və tağutlara lənət edərsə”

 

Əbül-Fəzl Mirzə Məhəmməd ət-Tehrani “Şifaus-Surur fi şərhi ziyaratil-Aşura” kitabı, 2-ci cild, 378-ci səhifə, Təhqiq: Seyid Əli əl-Muvahad əl-Əbtahi
Kitabı yükləmək üçün ünvan

 

Göründüyü kimi, burada “cibt və tağutlar” sözü təhrif olunaraq “Əbu Bəkr və Ömər” adı ilə əvəz edilmişdir. 

 

Həmçinin bu rəvayəti əhli-xilaf alimi Sələbi öz kitabında da qeyd etmişdir

 

Əli Məhəmməd Sələbi, “Əsmaul-Mətalib fi siyər Əmiral-Muminin Əli b. Abu Talib radiyallahu anhu” kitabı, Nəşr: “Məktəbətus-Sahabə”, 1425/2004

 

 

Rəvayətin sənədinə gəlincə isə, Əbu Həmzə Somalidən sənədsiz şəkildə mürsəl olaraq nəql olunmuşdur.

Bir şərh yazın